DMİTRİ MEDVEDEVİN AVQUST DƏRSLƏRİ

Rusiya prezidenti Dmitri Medvedev ötən cümə axşamı siyasi makyavelçilik dərsi təqdim etdi. Formal olaraq şagird kimi jurnalistlər çıxış edirdi: Aleksandr Venediktov ("Exo Moskvı" radiostansiyasının rəhbəri), Yekaterina Kortikadze ("Birinci Qafqaz İnformasiya"), Sofika Şevardnadze ("Russia Today" telekanalı). Amma 4 avqust tarixli intervyünün ünvanı daha əhatəli idi.

Müsahibə üçün KİV seçimi göstərir ki, RF prezidenti kimə və hansı ibrət dərslərini vermək istəyir. Bu, Gürcüstan və Cənubi Qafqaz auditoriyası, demokratik ekspert cəmiyyəti və beynəlxalq güc mərkəzləridir. Geniş Rusiya auditoriyası üçün müsahibə rəsmi KİV tərəfindən ixtisarla Kreml üçün zəruri olan şəkildə təqdim edildi.

Formal olaraq müsahibə Rusiya versiyası ilə Gürcüstanın sülhə məcbur edilməsinin, beynəlxalq birliyin fikrincə, bu ölkənin bir hissəsinin Rusiya qoşunları tərəfindən işğalının üçüncü ildönümünə həsr edilmişdi.

Rusiya jurnalisti Aleksandr Minkinin düzgün qeyd etdiyi kimi, müsahibə aqressiv, təkəbbürlü idi, orda qonşu dövlətlərə və onların liderlərinə qarşı hörmətsizlik vardı. Əslində Medvedev MDB və KTMT üzrə tərəfdaşlarına olan münasibətin mahiyyətini nümayiş etdirdi - o dedi ki, o vaxt tərəfdaşlarını, sadəcə, hərbi əməliyyatın məqsəd və vəzifələri, Cənubi Osetiya və Abxaziyanın tanınması barədə məlumatlandırdı. Eyham vurdu ki, Rusiyanın kiminsə məsləhət və ya qərarına ehtiyacı yoxdur. O vaxt Moskva nümayişkaranə şəkildə əzələ nümayiş etdirdi, Rusiyadan məsafə saxlamaq istəyən keçmiş sovet respublikalarını qorxutdu.

İlk növbədə bu dərsi Azərbaycan və Ermənistan prezidentləri mənimsədilər. Medvedevin sözlərinə görə, hərbi əməliyyat başa çatandan, Cənubi Osetiya və Abxaziya tanınandan sonra onları Soçiyə çağırıb bunları anladıb: "Siz bilirsiniz ki, bu bizim üçün müəyyən dərsdir. Yəni Dağlıq Qarabağın taleyinin necə olması, referenduim keçirilib-keçirilməməsi, sülh müqaviləsini necə hazırlamaq barədə sonsuz danışıqlar beş gün hərbi əməliyyatdan daha yaxşıdır". Bu, çox ciddi dərs idi. Mənə elə gəlir ki, bu çox səciyyəvi hadisədir". Medvedevin bəyanatı göstərir ki, 9 avqustda prezident Əliyevlə Soçidə keçiriləcək görüşdə söhbət sərt olacaq. Bu həm də Qəbələ RLS-in icarəsi barədə müqavilənin Kremlə uyğun şəkildə uzadılması üçün qabaqlayıcı addım olacaq.

RF prezidentinin sözlərinə görə, Moskva gerçəkdən, Qarabağ üzrə sonsuz danışıqlara hazırdır. Çünki ona öz kiçik qonşularına nəzarət etmək, Rusiyanın cənub sərhədində onlardan manipulyasiya etmək imkanı verir. 7 avqust 2008-ci ilə kimi Gürcüstan bu siyasətin tərkib hissəsi idi. Abxaziya və Cənubi Osetiyada münaqişələr olanda Kremlin zəifləyən və deqradasiya olunan Gürcüstanda vəziyyətə nəzarət etməsi asan idi. 2003-cü ildə Mixail Saakaşvilinin və həmfikirlərinin hakimiyyətə gəlməsi Qafqazın bu hissəsində Rusiyanın zahirən möhkəm mövqeyni zəiflətdi. Rusiya Saakaşvilinin komandasının təzyiqləri ilə öz sərhədçilərini və hərbi qrupları bu ölkədən çıxarmağa başladı. Acarıstandakı münaqişə, yaraqlıların permanent olaraq gürcü əhalisinə, Abxaziya və Cənubi Osetiyada təhlüksizlik güclərinə həmləsi nəticə vermədi. Saakaşvili inamla iqtisadiyyatı, silahlı qüvvələri inkişaf etdirdi, qayda-qanun yaratdı, Qərblə münasibətləri gücləndirdi. Gürcüstan göz önündə sürətlə dəyişdi, qonşu xalqlarda, o cümlədən Rusiyada paxıllıq yaratdı.

Medvedev özünə məxsus manerada, 2008-ci ildə olduğu kimi, auditoroyanın gözünə baxaraq Gürcüstanın qəflətən Cənubi Osetiyaya hücumundan, özünün şəxsən təcili sülh yaratma əməliyyatına qərar verməsindən danışdı. İldırımsürətli qərar məhz ona görə verilib ki, mərmi Rusiya sülhməramlılarının çadırına düşüb və bir neçə əsgər ölüb. Medvedevin sözlərinə görə, sonra o, Təhlükəsizlik Şurasını, bir sutka sonra ölkənin real sahibi Putini məlumatlandırıb. Güc tətbiqi barədə belə tələsik qərar, öz ətrafına, üstəlik KTMT üzrə tərəfdaşlara məlumatın isə gec verilməsi Gürcüstana öncədən hazırlanan hücumdan xəbər verir. Bunu təcavüz öncəsi faktlar da sübut edir. Hücum ərəfəsi nəzarətdə olan KİV-də antigürcü isteriyası başlayır, gürcü mallarına embarqo tətbiq edilir, tanınmamış ölkələrin ərazilərində vəziyyət gərginləşdirilir, Gürcüstanla sərhəddə irimiqyaslı hərbi təlimlər adı ilə qoşunlar toplanır, düşmən Gürcüstanın cəzalandırılması ilə bağlı əsgər və zabitlər psixoloji cəhətdən hazırlanırdı. Daha bir vacib məqam. Rusiya təbliğat maşını da Medvedev kimi operativ çalışıb. "Exo Moskvı" istisna olmaqla, bütün KİV-lər baş tutmayan döyüşlər və minlərlə insanın ölümü barədə döyüş meydanından xəbərlər yayırdı. Medvedev indi etiraf etdi ki, 5 günlük müharibə zamanı Rusiya və Osetiya tərəfdən cəmi 150 nəfər ölüb. Hərbi işdən başı çıxmayan istənilən adam bilir ki, müharibə anlayışı iki ölkə arasında qansız hərbi manevrlərə uyğun gəlmir. Praktik olaraq, bir sıra anlaşılmazlıqlar nəzərə alınmasa, Rusiya və Gürcüstan ordularının hərbi toqquşması olmadı. Onların biri, hərbi ekspertlərin fikrincə, çoxsaylı, zəif hazırlıqlı, pozğunlaşmış Rusiya ordusunun müdaxiləsi üçün formal səbəb oldu.

Əslində hərbi müdaxilə Rusiyanın hərbi-siyasi məğlubiyyəti oldu - təcavüz Rusiya avtoritetlərinin özlərinin etirafına görə, ordudakı anaxronizmi açıq göstərdi, Abxaziya və Cənubi Osetiyanın tanınması isə Rusiyanın siyasi izolyasiyasına, keçmiş sovet respublikası olan zorən müttəfiqlərin Moskvaya inamının daha da azalmasına səbəb oldu.

Avqustdan sonra başlayan dünya maliyyə böhranı ayağa qalxmağa çalışan imperiyanın bütün zəifliklərini ifşa etdi. İqtisadi girdaba yuvarlanma o qədər sürətli və irimiqyaslı idi ki, əgər bundan əvvəl Gürcüstanın müzəffər işğalı olmasa idi, xalq iğtişaşları ilə nəticələnə bilərdi. İmperiyanın dirçəlməsindən məst olan Rusiya obıvateli onları dəstəklədi, Putin-Medvedev tandeminə 80% etimad göstərdi. Sonradan məhz bu müharibə millətçiliyin artması fonunda Rusiya cəmiyyətini qlobal böhran uçurumundan keçirdi. Ehtimal ki, məhz böyük iqtisadi kollapsı qabaqcadan hiss etdiyindən RF rəhbərliyi ildırımsürətli müharibəyə əl atdı. Məşhur iqtisadçı Andrey İllarionov qey edib ki, böhranın əlamətləri dünya maliyyə böhranından xeyli əvvəl hiss edilirdi. Bəyəm Rusiya rəhbərliyi bunu bilmirdi?

2008-ci ilin avqust hadisələri uzun müddətli perspektivə hansı nəticələr verdi? İki ərazi münaqişəsi ilə Rusiyanın sistemli siyasi şantajından qurtulan Gürcüstan korrupsiya, məmur kapitalizmi, hüquqi nihilizm olmayan demokratik dövlət quruculuğu imkanı əldə etdi. O, inkişaf etmiş və rifahlı xalqların davranış prinsip və normalarını sürətlə mənimsəmiş tam qiymətli dövlətə çevrilir. Rusiya siyasi, iqtisadi və polis özbaşınalığı hökm sürən korrupsiyaçı ölkədir, burda vətəndaşların hüquq və azadlıqları tapdanır.

2008-ci ildə şübhəli seçkilər nəticəsi olaraq Rusiya özünü qürurla liberalizm tərəfdarı sayan prezident əldə etdi. Onun üçün Əsəd rejiminin Suriyada öldürdüyü minlərlə adam bir başqa, Cənubi Osetiyada ölən 150 nəfər başqadır. Medvedev və Rusiya dövləti üçün əxlaq prinsipləri və siyasi maraqlar bir yerə sığmyan anlayışlardır. Rusiya çoxdan maraqlara üstünlük verir və ona görə ardıcıl olaraq əxlaqi təsirini əvvəlcə SSRİ-də, sonra Avropada, Yaxın Şərqdə, Şimali Afrikada və başqa yerlərdə itirdi. Bu proses getdikcə dərinləşir. Qarşıda növbəti dünya iqtisadi böhranının işartıları var, növbəti hərbi avantüra ilə ondan qurtulmaq çətin ki mümkün olsun. Xalq həmin xaql deyil. "Exo Moskvı"nın "2008-ci ilin avqust hadisələri ilə bağlı kimin mövqeyi daha inandırıcıdır?" şəbəkə sualına respondentlərin 62,%-i "Saakaşvilinin" cavabını verib. Medvedevi 29,3% dəstəkləyib, 8,1% cavab verməkdə çətinlik çəkib. Rusiya dövlət başçısının eksklüziv müsahibəsini yayan radiostansiyanın Rusiya ordusunun Gürcüstana təcavüzünün üç illiyi ilə bağlı keçirilən sorğuda 23953 oxucu və dinləyici iştirak edib. -0--

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti