Əliyev qabaqlayıcı addımlar atır

Prezidentin qərarı cəmiyyət üçün gözlənilməz oldu, amma bütünlükdə hakimiyyət üçün deyil. Mərkəzi Seçki Komissiyası bir həftə əvvəl - yanvarın 29-da qutuların və digər ləvazimatların alınması haqqında rəsmi qərar qəbul edib.

Növbədənkənar seçkilərin təyin edilməsui əsasən İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində (2003-cü ildən etibarən) ilk dəfə seçkilərin iqtisadi böhran, elə bütünlükdə sistem böhranı şəraitində keçirilməsi ilə şərtlənmiş ola bilər. Bu, seçkiləri xüsusi gərginlik olmadan və əlavə problemlər yaratmadan keçirməyə çalışan hakimiyyət üçün müəyyən risklər yaradır.

Növbədənkənar seçkilər klassik müxalifətin, hakimiyyətdaxili rəqiblərin, son bir il ərzində rejimə bir sıra təzyiq alətlərini - Landromatı (pulların yuyulması), Valonte işini (Qərb siyasətçilərinin öz tərəflərinə çəkilməsi), çirkli pul axınının qarşısının alınmasını və s. işə salan Qərbin üçün manevrləri üçün az vaxt qalmasına və ya ümumiyyətlə vaxt qalmamasına səbəb olur.

Prezidentin əldə etdiyi üstünlükləri:

1. Seçicilərin bir hissəsinin narazılığının müəyyən müqavimət hərəkatına çevrilməsi üçün vaxtı və şansı qalmır və bütünlükdə seçicilər baş verənlərə qarşı amorf vəziyyətdə olacaq.

2. Müxalifət bu halda birləşmək və vəziyyəti dəyərləndirmək üçün çox az vaxta malikdir. Demək olar ki, müxalifət Əliyevə qarşı qətiyyətli mübarizə aparmaq iqtidarında olmayacaq. Bəlkə də seçkiləri boykot edəcək ki, bu da Əliyevi tamamilə qane edir və tam alternativsizlik mühiti yaradır.

3. Birinci ledinin yeni təsis edilmiş vəzifəyə irəli sürülməsindən sonra artan hakimiyyətdaxili ziddiyyətlər də inkişafını tapa bilməyəcək və uğurlu bir şəkildə zərərsizləşdiriləcək.

4. Qərb institutları da seçkilərə, onların qiymətləndirilməsinə və nəzarətinə vahid və təsirli yanaşma formalaşdırmağı çatdırmayacaq.

Faktiki olaraq, Əliyev bu dəfə də 2016-cı ilin payızında referendum nəticəsində tətbiq etdiyi yeddi illik müddətə yenidən seçilmək üçün əlverişli şərait əldə edir.

Həmçinin, SSRİ-nin dağıldığı andan etibarən daim ölkənin daxili siyasi həyatına təsir edən, xüsusən, qeyri-sabitliyin katalizatoruna çevrilən Qarabağ amilini də qeyd etmək lazımdır. Seçkilərin Ermənistanda martda baş tutacaq prezident seçkilərindən sonra keçirilməsi beynəlxalq vasitəçilər tərəfindən 2017-ci ildə fəallaşdırılmış və yaxın illərdə aralıq nizamlanma perspektivi daşıyan danışıqları operativ qaydada davam etdirməyə imkan verəcək.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti