Ermənistan hərbiləşmə səviyyəsinə görə Azərbaycandan xeyli öndədir
Bonn Beynəlxalq Konversiya Mərkəzi (BICC) çərşənbə günü, fevralın 19-da illik qlobal hərbiləşmə indeksini təqdim edib. Ümumi təmayül dünyada hərbi fəallıq səviyyəsinin, müdafiə xərclərinin, münaqişələrin sayının artmasından ibarətdir. Birinci yeri ənənəvi olaraq İsrail tutur, burada 9 milyona yaxın əhali olduğu halda, silahlı qüvvələrin sayı 169 min hərbi qulluqçu və 465 min ehtiyatda olan hərbiçidən ibarətdir. Hərbi xərclər ÜDM-in 4,3 faizini təşkil edir.
İsrailin ardınca ikinci yerdə Sinqapur, ondan sonra isə Ermənistan, Kipr, Cənubi Koreya, Rusiya, Yunanıstan, İordaniya, Belarus və Azərbaycan gəlir. Azərbaycandan başqa bütün ölkələr (onların altısı Avropa ölkəsidir) ilk onluqdakı yerlərini qoruyub saxlayıblar. Azərbaycan hərbiləşmə səviyyəsinə görə 12-ci yerdən 10-cu yerə yüksəlib.
Avropada ümumi hərbiləşmə Rusiya qarşısındakı qorxu ilə əlaqədar artır.
Məruzə müəllifləri Maks Mutşler (Max Mutschler) və Marius Bales girişdə Rusiyanı (6-cı yer) əvvəlki kimi dünyada ən böyük hərbi potensiallardan birinə malik olan və son bir neçə ildə hərbi texnikasını müasirləşdirən və texnoloji müdafiə imkanlarını yaxşılaşdıran ölkə kimi qeyd edirlər. Bu zaman 2016-cı ildən 2018-ci ilə qədər RF-nin hərbi xərclərinin 82,6 mlrd. dollardan 64,2 mlrd. dollara (ÜDM-dəki payı da 5,5 faizdən 3,9 faizə) qədər azaldığı vurğulanır. Araşdırma müəllifləri bunun səbəbinin Rusiyada iqtisadi vəziyyətin ağır olması və Qərbin sanksiyaları olduğunu təxmin edirlər.
Bu arada, Avropada NATO ölkələri, ilk növbədə Baltika və Şərqi Avropa ölkələri genişmiqyaslı uzunmüddətli silahlanma proqramlarına başlayıblar, indeks müəllifləri bunu ilk növbədə Rusiya ilə münasibətlərdə gərginlik və Ukraynada münaqişə ilə əlaqələndirirlər. Litvanın (32-ci yerdən 26-cı yerə) və Latviyanın (73-cü yerdən 44-cü yerə) hərbi xərcləri bir il ərzində ÜDM-in 1,7 faizindən 2,0 faizinə qədər artıb. Donbasda münaqişə başladıqdan bəri Ukraynanın hərbiləşməsi də davam edir, bu ölkənin hərbi büdcəsi 2019-cu ildə 21 faiz artaraq 4,4 mlrd. dollar təşkil edib. Avropanın hərbiləşməsini qismən ABŞ prezidenti Donald Trampın NATO-dan olan tərəfdaşlarına təzyiqi ilə də əlaqələndirirlər.
İndeks dünyanın 154 ölkəsinin bir neçə göstərici üzrə məlumatlarını dəyərləndirir.
İndeks müəllifləri ordu sayını, əhali sayını, hərbi xərcləri və onların ölkə ÜDM-i ilə nisbətini, ümumi iqtisadi inkişaf və dövlət idarəçiliyi səviyyəsini qiymətləndirirlər. Məsələn, ABŞ 31-ci yerdədir, baxmayaraq ki, heç bir ölkə öz hərbiçilərinə ABŞ qədər vəsait xərcləmir (2018-ci ildə 633 mlrd. dollardan çox) və bu vəsait ÜDM-in cəmi 3,2%-ni təşkil edir.
Hərbi xərclərin həcminə görə (49,5 mlrd. dollar, ÜDM-in 1,2%-i) dünyada səkkizinci yeri tutan Almaniya iqtisadiyyatın ümumi həcmi ilə əlaqədar hərbiləşmə indeksində 97-ci yeri tutur. Məruzə müəllifləri qeyd edirlər ki, 2020-ci ildə Almaniyanın hərbi xərcləri daha çox olacaq, amma xərclər əsasən bundesverin xarici əməliyyatları ilə bağlı olacaq.
Bütün Yaxın və Orta şərq ölkələri yüksək hərbiləşmə dərəcəsi ilə səciyyələnir. İraq istisna olmaqla, onlar hamısı indeksin top-30-na daxildir. Əvvəlki illərdə də olduğu kimi, Asiyaya Sinqapur liderlik edir (ümumi reytinqdə 2-ci yer), mütləq rəqəmlərdə isə Çin (94-cü yer) regionda silahlı qüvvələrinə ən çox vəsait yatırır.
-
- Söz istəyirəm
- 19 Fevral 2020 22:33
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz