Baron Munchausen on a cannonball

Baron Munchausen on a cannonball

Ermənistanın Azərbaycana qarşı “İsgəndər”dən istifadə etməsi mövzusu bir neçə dəfə ortaya çıxıb və KİV-lərin, analitiklərin və siyasətçilərin sensasiya doğuran təkrar-təkrar mühakimələri üçün bəhanə olub. İlk dəfə bu mövzunu 2020-ci il noyabrın 19-da Ermənistanın keçmiş baş qərargah rəisi Movses Akopyan dilə gətirib, o, ilk dəfə olaraq Azərbaycana qarşı “İsgəndər”lərdən istifadə edildiyini etiraf edib.

Həmin vaxt nə Yerevanda, nə də Bakıda onun bəyanatını təsdiq etməyiblər. İkinci sensasiyanı baş nazir Nikol Paşinyan ortaya atıb, o, fevralın 23-də “İsgəndər”lərdən 10% effektivliklə istifadə edildiyini etiraf edib, amma sonradan prezident Vladimir Putinin zəngindən sonra o, bunu təkzib edib, ona yanlış məlumat verildiyini qeyd edib. Həmin vaxt, fevralın 26-da prezident İlham Əliyev bu iddianı diplomatik şəkildə təkzib edib, Azərbaycanın müharibə zamanı “İsgəndər”lərdən istifadə edildiyini qeydə almadığını bildirib. Və nəhayət, necə deyərlər, “atalar üçdən deyib”, üçüncü hadisə də kifayət qədər sensasiya yaradıb, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Şuşa yaxınlığında “İsgəndər” qalıqları tapıldığını bildirib. Bu dəfə Bakı-Moskva-Yerevan rəsmiləri ağızlarına su alıb, sözü analitiklərə və jurnalistlərə buraxıblar. ANAMA 1998-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə dövlət icra orqanı kimi yaradılıb, 2021-ci il yanvarın 15-də isə publik hüquqi şəxsə çevrilib və onun bəyanatları, yeri gəlmişkən, yarı vətəndaş və yarı hakimiyyət bəyanatı xarakteri daşıyır, amma rəsmi dövlət bəyanatı deyil.

Biz 4 mart tarixli “İsgəndər üçün olmaq, yoxsa olmamaq?” sərlövhəli analitikada “İsgəndər”lərlə bağlı qızğın söhbətlərə açıqlama tapmağa çalışmışıq. Və bunu Avropada Amerika-Rusiya qarşıdurması ilə izah etmişik – Vaşinqton çoxdan Rusiya İsgəndərlərinin NATO sərhədlərindən uzaqlaşdırılmasına çalışır, bununla əlaqədar Donald Tramp administrasiyası 2019-cu il avqustun 2-də Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi haqqında Müqavilədə (OYMRM) iştirakına son verdiyini bəyan edib. 2020-ci ilin payızında hər iki tərəf hiper-puper-raketin (Trampın zarafatı) yaradıldığını bəyan edib, bir fərq var idi, Rusiyanın yeni hiperraketləri sürətinə görə Rusiyanın təchizatında olan raketləri 5 dəfə, Amerika raketlərini isə daha çox geridə qoyub. Tramp 2020-ci il sentyabrın 19-da, Qarabağ müharibəsi ərəfəsində ABŞ-ın dünyadakı ən güclü silaha malik olduğunu bildirib, amma məhz hansı silahdan söhbət getdiyinə dəqiqlik gətirməkdən imtina edib. “Biz bəşəriyyətə məlum olan ən güclü silahı yaratmışıq. Bu, doğrudur... Mən yalnız deyirəm ki, dünyada ən güclü silah bizdədir və mən hətta bu silahın hansı növ silah olduğunu belə deməyəcəyəm. Bunu bilməsəniz yaxşıdır. Və, Allah eləməsin ki, nə vaxtsa ondan istifadə etmək məcburiyyətində qalaq. Amma bizim insan övladının indiyə qədər yaratdığı bütün silahlardan daha güclü silahımız var”.

Co Baydenin ABŞ prezidenti seçilməsi ərəfəsində prezident Putin müqavilənin bərpası müqabilində “İsgəndər”ləri çəkməyə hazır olduğunu bildirmişdi. 2020-ci il oktyabrın 26-da Qarabağdakı döyüşlərin qızğın vaxtında Putin “Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi haqqında Müqaviləyə xitam verilməsi şəraitində Avropada gərginliyin azalması üzrə əlavə addımlar haqqında” bəyanat yayıb.

Bəyanatda deyilirdi: “9M729 raketlərinin əvvəllər qüvvədə olan OYMR haqqında müqavilənin tələblərinə tam uyğunluğu hqqında ardıcıl mövqeyə sadiq qalan Rusiya Federasiyası, bununla belə, xoş məramla bundan sonra da 9M729 raketlərini ölkə ərazisinin Avropa hissəsində geniş şəkildə yerləşdirməməyə hazırdır”.

Bu zaman o, Rusiyanın yalnız NATO ölkələrinin qarşılıqlı addımlar aması şərtilə bu addımı atacağını qeyd edib – blok əvvəllər OYMR haqqında Müqavilə ilə qadağan edilmiş silahların Avropada yerləşdirilməsini istisna etməlidir.

Amma ABŞ Rusiya sərhədi yaxınlığında öz hiperraketlərini yerləşdirməyə hazır olduğu barədə bəyanatlar verməyə davam edir. Sonuncu dəfə RF müdafiə naziri Sergey Şoyqu bu il martın 17-də adekvat cavab haqqında xəbərdarlıq edib.

ABŞ Avropada orta və yaxın mənzilli raketlər yerləşdirsə, Rusiya “lazımi şəkildə” cavab verəcək, deyə Şoyqu Tengrinews agentliyinə müsahibəsində bildirib.

Amma cavabın gələ biləcəyinin heç bir dəlili yoxdur.

OYMRM çərçivəsində Amerika-Rusiya münasibətlərinin gərginləşməsi üçün “İsgəndər”lərin mənzili məsələsi əsas olub. ABŞ hesab edir ki, 9M729 raketləri ilə təchiz edilmiş İsgəndər-M-lərin mənzili Moskvanın iddia etdiyi kimi 500 km-ə qədər deyil, 5000 km-ə qədərdir, bu da bu silahı orta mənzilli raket çərçivəsindən kənara çıxarır. Rusiya bununla razılaşmır, belə ki, ABŞ-ın Rusiya silahından üstün yeni hipersilah əldə etdiyi bir şəraitdə OYMR haqqında müqaviləyə xitam verilməsini istəmir. Rusiyanın qərb cinahında bu raketlərin yerləşdirilməsi yolverilməzdir.

Amma, çox güman ki, raket mövzusu yalnız bəhanədir, onun arxasında ABŞ-ın Rusiyaya qarşı daha mühüm mövzuları, məsələn, Amerika xarici siyasətinin hədəf aldığı Avrasiya zonasında təsir sahələrinin yenidən bölüşdürülməsini ehtiva edən ciddi iddiaları var.

44 günlük müharibə zamanı “İsgəndər”lərdən istifadə faktları heç kimdə, xüsusən də iki nüvə superdövlətinin kəşfiyyatlarında şübhə doğurmur. Bakı yaxınlığında Azərbaycan ordusunun silahları arasında olan İsrail raketlərinin vurduğu “İsgəndər”lər haqqında məlumatlar da yayılıb.

Ermənistan noyabrda Dağlıq Qarabağda müharibə zamanı Bakıya ən az bir Rusiya istehsalı olan yaxın mənzilli ballistik “İsgəndər” raketi atıb, amma o, Azərbaycan tərəfindən vurulub, bu barədə hadisə barədə məlumatı olan yüksək vəzifəli məmur (Türkiyəli – Turan-ın qeydi) bildirib. Yüksək vəzifəli məmurun sözlərinə görə, Rusiya Ermənistanı “İsgəndər” raketlərindən istifadə etməyə çağırıb və əraziləri sürətlə ələ keçirən Azərbaycanı atəşkəsə şans verməyə vadar etmək üçün onların buraxılmasına maddi dəstək göstərib. “Atəşkəsdən bir neçə gün əvvəl Yerevan ballistik “İsgəndər” raketini birbaşa paytaxta atıb. Bu, Azərbaycan rəsmilərini narahat edib. Amma Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi raket əleyhinə müdafiə sistemi – İsrail istehsalı olan Barak-8 onu vurub”, deyə məmur bildirib. “Bu raketlərdən istifadənin davam etdirilməsi həqiqətən də yerlərdə vəziyyəti gərginləşdirə bilər. Və mən düşünürəm ki, digər məqamlarla yanaşı, bu da Azərbaycan rəhbərliyini atəşkəsə razılaşdırıb”, deyə Middle East Eye nəşri 2021-ci il martın 2-də bildirib.

Rusiya və Ermənistanın rəsmi məlumatlarına görə, Ermənistana 280 km-ə qədər uçuş məsafəli raketlərlə dördə qədər İsgəndər-E kompleksi verilib. Gümrüdəki Rusiya bazasından Bakıya qədər məsafə düz xətlə ən az 500 km-dir. Buna görə əsaslı olaraq İsgəndər-M-dən istifadə ilə bağlı şübhələr yaranıb, bunun təsdiq edilməsi faktı indi, amerikalılarla intensiv danışıqlar şəraitində Putinə qətiyyən lazım deyildi, amerikalılar bununla 9M729 raketlərinin onların təxmin etdiyi kimi 500 km-dən çox məsafəni qət etdiyini və bununla da orta mənzilli raketlər haqqında müqavilənin çərçivəsindən kənara çıxdığını əsaslandıra bilərdilər.

Müharibə başa çatdıqdan 4 ay sonra Şuşa yaxınlığında İsgəndər qalıqlarının tapılması Putini müəyyən dərəcədə xilas edir. ANAMA tərəfindən təqdim edilmiş raket qalıqlarının üzərində 9M723 markası var. Bu növ raketin mənzili İsgəndər-E üçün 280 km, İsgəndər-M üçün isə 400 km-ə qədərdir. Beləliklə, nəhayət, hamı İsgəndər-M-dən istifadə edildiyini etiraf edir, amma 9M729 raketi ilə deyil (Amerikanın versiyasına görə, mənzili 500 km-dən çox olan), daha yaxın mənzilli raketlə. Yəni, beləliklə məhz 9M729-un və 500 km-dən uzaq mənzilli raketin məhz Bakıya atıldığının dəlili qalmır. Həm də qalıqlar Bakı yaxınlığında deyil, Gümrü ilə arasındakı məsafə düz xətlə 250 km təşkil edən Şuşa yaxınlığında tapılıb. Bununla da Əliyev və Paşinyan Putini və onun amerikalılarla danışıqlar prosesini xilas edir.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti