Vyana, 16 May 2016

Vyana, 16 May 2016

2016-cı il mayın 16-də Vyanada ABŞ, Rusiya və Fransa XİN başçılarının iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri atəşkəs rejiminin möhkəmləndirilməsi haqqında 1994 və 1995-ci illərin sazişlərinə riayət olunması və münaqişə zonasında monitorinqin gücləndirilməsi zərurətini təsdiq ediblər. Bu, xüsusilə Ermənistanda rejimin dəyişməsindən və Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra münaqişə zonasında gərginliyin aradan qalxmasına və itkilərin kəskin şəkildə azalmasına gətirib çıxarıb.

2018-ci il yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan XİN başçıları ATƏT-in Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə xalqları sülhə hazırlamağa hazır olduqlarını bildiriblər.

Amma 2018-cu ilin may-iyun aylarının kəsişməsində tərəflər yenidən snayper xidmətlərinə üz tutublar, onlar çox şey vəd edən nisbi fasilədən sonra yeni qurbanlar səhifəsi açıblar. Karl fon Klauzevitsin sözlərini bu halda bir qədər dəyişdirərək, demək olar ki, Qarabağ münaqişəsinin hərbi aspekti yalnız düşmən dövlətlərin siyasi iradəsinin davamı və təzahürüdür. Liderlər Əliyev və Paşinyanın şəxsində dövlətlər isə getdikcə daha açıq şəkildə hərbi mövqelərə dırmanırlar.

Ekspert dairələrində belə bir fikir üstünlük təşkil edir ki, münaqişədə maraqlar zidd olduğuna görə tərəflər nə atəşkəs rejiminin möhkəmləndirilməsində, nə xalqların sülhə hazırlanmasında maraqlı deyil. Azərbaycan belə bir yanaşmanı qəbul etmir, belə ki, Bakının fikrincə, bu, ölkə ərazisinin 20%-i işğal altında olduğu bir halda status-kvonun möhkəmlənməsinə gətirib çıxarır. Ermənistan status-kvonu dəyişdirmək istəmir, Yerevanın fikrincə, bu, Azərbaycanla müharibədə əldə edilmiş nailiyyətlərin itirilməsinə gətirib çıxara bilər.

Hazırki şəraitdə bu iki baxış çoxillik gerçəklərin davamıdır, amma taktiki cəhətdən onlar yerini həm xarici qüvvələrin maraqlarının, həm də Azərbaycanda və Ermənistandakı rejimlərin daxili problemlərinin diktə etdiyi başqa səbəb-nəticə motivlərinə verib.

Demək olar ki, atəşkəs rejiminin möhkəmlənməsi və xalqların sülhə hazırlanması ideyası Qafqaz siyasi əməliyyatlar teatrında beynəlxalq oyunçular tərəfindən təqdim edilib. Burada əsas rolu ABŞ oynayır.

Ermənistanda inqilab avtoritar və korrupsiyaya uğramış rejimin dəyişməsinə gətirib çıxarıb və xilaskar Nikol Paşinyanı səhnəyə çıxarıb, o, ölkədə sivil dünya dəyərləri, normaları və qaydaları çərçivəsində demokratik islahatlara başlayıb. Növbəti hadisələr göstərib ki, onun uduzan rəqibləri heç də məğlubiyyətlə barışmaq niyyətində deyillər və Paşinyan islahatlarının nüfuzdan salınması üçün müxtəlif əks-inqilabi addımlar atırlar. Qarabağ kartından da kifayət qədər fəal istifadə edirlər. Xalqların sülhə hazırlanması Qarabağın itirilməsinə aparan məğlubiyyətçilik siyasəti kimi təqdim edilir.

Azərbaycanda ABŞ İlham Əliyevi dəstəkləyir və avtoritarizmi demokratiyaya keçirməyə imkan verəcək islahatlar aparmağa yönləndirir. Əliyev iqtisadi sahədə və az da olsa siyasətdə sistemin restrukturizasiyası üzrə bəzi addımlar atsa da, islahat kursu müxtəlif bəhanələrlə, o cümlədən vasitəçilərin münaqişəni Azərbaycanın maraqlarını nəzərə almaqla həll etmək iqtidarında olmamaları ilə bağlı iradlar ilə əlaqədar yerində addımlayır.

Münaqişə ölkələrində baş verən proseslər bu gün ABŞ üçün danışıqlar prosesindən daha əhəmiyyətli məqsəd və vəzifə təşkil edir. Ermənistan və Azərbaycanın demokratikləşməsi prosesi 2015-ci ildə iqtisadi kollapsla başlayıb və yaxın gələcəkdə məntiqi sonuna çatdırılmalıdır. Müşahidə etdiyimiz təmayüllər iki ölkə cəmiyyətində dəyişikliklər prosesinin sürətlənməsinə və genişlənməsinə dəlalət edir.

Bu vəziyyətdə atəşkəs rejiminin möhkəmləndirilməsi və xalqların sülhə hazırlanması üzrə səylər aydın olur, onlar əsasən dəyişikliklər dövründə güc tətbiqinin artmasına yol verməməyə - hər iki ölkədə dəyişikliklər prosesinin pozulması üçün hərbi vasitələrdən istifadəyə və islahatlar kursunun sarsıdılmasına yol verməməyə yönəlib.

Ziddiyyətli, kövrək daxili dəyişikliklər şəraitində xalqların sülhə hazırlanmasının real və praktiki ideya olmadığı kifayət qədər açıqdır. Sosial-iqtisadi və ictimai-siyasi böhranlardan yorulmuş xalqlar öz cəmiyyətlərində tez və qəti dəyişikliklər haqqında fikirlərə daha çox aludə olub, nəinki münaqişənin nizamlanması məsələsinə.

Qarabağ istiqamətində güc tətbiqinin artması Ermənistanda və Azərbaycanda dramatik daxili siyasi mübarizəyə dəlalət edir. Dəyişikliklər proseslərini pozan qüvvələr gözlərini demokratiyanın bloklanmasının və avtoritarizmin müdafiəsinin yeganə yolu kimi müharibəyə dikir. Cənubi Qafqazda dəyişikliklərin təşəbbüskarları bu prosesə qarşı mübarizə aparan qüvvələrin qarşısını ala biləcəkmi? Bu, məntiqli sualdır. Amma daha dramatik olan odur ki, onların işi məntiqi sona çatdırmaqdan başqa çıxış yolu yoxdur.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti