Foto: president.az
Prezidentin ötən ilin yekunları ilə bağlı nitqi aşağıdakı modullar üzərində qurulmuşdu:
- Sabitlik və təhlükəsizlik
- Makroiqtisadi sabitlik
- Qeyri-neft sektoru
- Energetika sektoru
- Transkontinental nəqliyyat layihələri
- Qarabağ münaqişəsi
- İslam həmrəyliyi ili.
Bu dəfə prezidenti son illər yanvarın 10-da keçirilən iclasın tarixi ənənəsini dəyişdirməyib. Görünür o, beləliklə ölkədə hər şeyin sabit olduğunu anlatmağa çalışır. Bu mənada, təsadüfi deyil ki, o, çıxışına sabitlik və təhlükəsizlik mövzusundan başlayıb, əvvəllər də olduğu kimi, bu amillərin əhəmiyyətini Azərbaycanı əhatə edən dünyada müharibələrin və münaqişələrin mövcudluğu ilə gücləndirməyə çalışıb. Amma qeyd etmək lazımdır ki, bu mövzu əvvəlki çətin illərdəolduğu qədər şişirdilməmişdi.
Bu seriyadan daha bir mühüm məqam nəzərə çarpırdı - Avropa İttifaqı və digər Avropa qurumları sabitlikdə maraqlı olmaması ehtimalı olan institutlar kimi təqdim edilməyib. Bu dəfə onlar ağrılı məsələdə - Qarabağ münaqişəsində Azərbaycanın tərəfində çıxış edən qurumlar kimi səciyyələndirilib.
Əliyevin nitqindən: "İlin sonunda Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Zirvəsində qəbul edilmiş Bəyannamədə də "Şərq tərəfdaşlığı"na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənmişdir. Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar".
Bu mövzunun sonunda Əliyevin nitqindən aydın oldu ki, birincisi, Azərbaycan münaqişənin nizamlanması prosesində ərazi bütövlüyü prinsipindən imtina etməyəcək, ikincisi isə Qarabağ danışıqlarında hərbi arqumenti gücləndirməyə davam edəcək.
İqtisadiyyatın özünə gəlincə, prezident nitqinin girişində bildirib ki, " 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir". Fərqli nöqteyi-nəzərin tərəfdarları üçün arqument kimi Əliyev Davos Ümumdünya İqtisadi Forumunun Azərbaycanın 2017-ci ildə dünya rəqabətədavamlılıq reytinqində iki pillə - 35-ci yerə qalxdığını göstərən reytinqlərinə istinad edib.
Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır.
Əliyevin nitqindən: "Qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Bizim valyuta ehtiyatlarımız artıb. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilmişdir. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub".
Mühüm böyük layihələr kimi "Azəri-Çıraq-Günəşli" yatağı üzrə müqavilənin 2050-ci ilə qədər uzadılması, habelə Avropa və Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars və Rusiya və İranın dəmiryolu əlaqələrini birləşdirən Şimal-Cənub transkontinental nəqliyyat layihələri göstərilib.
Amma müstəqil ekspertlər nöqteyi-nəzərdən ötən il o qədər də sevindirici olmayıb. 2017-ci ilin iqtisadi fonu kifayət qədər ziddiyyətli olub. Böhran etiraf olunmayıb. İqtisadiyyat cəmi 0,3% artıb. ÜDM 0,5% azalıb. İl boyu yüksək inflyasiya (14%) davam edib. Əhalinin real gəlirləri azalıb. Son 15 il üçün rekord büdcə defisiti qeydə alınıb - 1,141 mlrd. manat səviyyəsində. Sərt pul-kredit siyasəti iqtisadiyyatın kreditləşdirilməsini 25%-ə yaxın və ya 4 mlrd. manat azalmasına gətirib çıxarıb.
Prezident yekun nitqində hökumətin qarşısına 2018-ci ilin vəzifələrini qoyub:
- Makroiqtisadi sabitliyin qorunub saxlanması
- Neft Fondunun gəlirlərinin artırılması
- Valyuta ehtiyatlarının artırılması
- Xarici investisiyaların cəlb olunması
- Qeyri-neft sektorunun inkişaf etdirilməsi
- Yeni iş yerlərinin açılması
- Sosial infrastruktur layihələrinin həyata keçirilməsi
- Sənaye parklarının yaradılması
- Kənd təsərrüfatının, turizmin inkişafı
- İxrac potensialının artırılması.
İclasın sonuna yaxın Əliyev 2018-ci ili yüz illiyini qeyd edən Azərbaycan Xalq Cümhuriyyəti ili elan edib. Qeyd etmək lazımdır ki, prezidentin Şərqdə ilk demokratik müsəlman respublikasının mövcud olduğu iki ilin nəticələrinə verdiyi qiymət də Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistana verilməsi ittihamlarından bunun mürəkkəb tarixi proses şəraitində baş verdiyinin başa düşülməsinə doğru dəyişib.
Azərbaycan Xalq Cümhuriyyəti İli 2017-ci İslam Həmrəyliyi İlini əvəz edib. Burada həmçinin islam həmrəyliyinə baxışın dəyişməsi də diqqət çəkir. Bu mövzuya toxunan Əliyev artıq həmrəyliyi əvvəllər olduğu kimi Qərb cərəyanlarından müdafiə sistemi kimi təqdim etməyib, onu dünyadakı din və sivilizasiyaları birlikdə mövcud olduğu çoxmədəniyyətlilik layihəsi kimi görüb.
Rəy yaz