Алиев и Ларов

Алиев и Ларов

2020-ci il oktyabrın 14-də İ.Əliyev Türkiyənin “Haber Türk” telekanalına deyib:  “Bu iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edilib, 33 tank qənimət kimi götürülüb. Yəni, bizdə 233 erməni tankı var. Sonra iki “C-300” qurğusu məhv edilib. Hər kəs bunların hər birinin qiymətini bilir. Bundan əlavə, hava hücumundan müdafiə sistemləri – OSA-35, TOP, KUB ,KRUQ, karqo maşınları, tank əleyhinə silahlar məhv edilib. Bütün bunları hesablasaq, təkcə məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın dəyəri 1-2 milyard dollar qiymətləndirilir. Sual olunur, yoxsul Ermənistan, sən bu pulu haradan tapmısan? Sən bunu pulla aldınmı? Xeyr. Bunu sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir. Tovuz bölgəsində baş vermiş toqquşmalardan sonra iyulun 16 - da münaqişə dayandı, iyulun 17-dən isə hər gün yük təyyarələri Ermənistana silah daşımağa başladı. Baxın, Ermənistanın büdcəsində bu maddələr var? Xeyr. Ermənistanın valyuta ehtiyatları 1,5 milyard dollar təşkil edir. Bu qədər. Bundan artıq pulu yoxdur. Bu ölkənin xarici dövlət borcu təxminən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş texnika, hələ nə qədər məhv ediləcək texnika? Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə də müharibəni nə qədər tez dayandırsalar, öz tanklarını, toplarını bir o qədər çox qoruya bilərlər. Bundan hələ Ermənistan ərazisində nə qədərdir. Rusiyanın Ermənistanda hərbi bazası var, orada 5 min əsgər var. Türkiyənin Azərbaycanda hərbi bazası varmı? Xeyr. Ermənistanın İran və Türkiyə ilə sərhəddini Rusiya sərhədçiləri qoruyurlar. Azərbaycan sərhəddində Türkiyə sərhədçiləri varmı? Xeyr. Odur ki, heç kim bizi ittiham etməsin. Əks təqdirdə, biz bütün xoşagəlməz məqamları açmalı olacağıq”, - dövlət başçısı deyib.

Noyabrın 5-də İspaniyanın EFE agentliyinə müsahibəsində isə İ.Əliyev RF XİN rəhbərinin muzdlular barədə sözlərini şərh edərkən deyib: “Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız “informasiya”dan və şayiələrdən istifadə edirlər”.

İ.Əliyev vurğulayıb ki, Azərbaycanda heç bir muzdlu yoxdur. O həmçinin qeyd edib ki, Azərbaycanın tərəfində hər hansı əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur.

Noyabrın 5-də Kreml Bakıdan bəyanatla bağlı fikir bildirib. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağda xarici muzdlular barədə dediklərinə prezident İlham Əliyevin emosional reaksiyası aydın deyil, - RF XİN-dəki mənbə TASS-a bildirib.

“Sözün düzü, hörmətli İlham Heydəroviç Əliyevin Sergey Viktoroviç Lavrovun şərhinə emosional reaksiyası bizə tam aydın deyil”, - mənbə deyib. –Bəlkə, Azərbaycan prezidentinin köməkçiləri ona başqa kiminsə materialını göstəriblər, ya da öz interpretasiyalarını təqdim ediblər”.

Mənbə Rusiyanın xarici işlər naziri S. Lavrovun noyabrın 3-də “Kommersant” qəzetinə müsahibəsindən dəqiq sitatı xatırladıb: “Dağlıq Qarabağ münaqişəsinin beynəlmiləlləşdirilməsi və Yaxın Şərqdən yaraqlıların cəlb edilməsi, əlbəttə, bizi narahat edir. Biz dəfələrlə xarici oyunçuları mövcud məlumatlara görə, münaqişə zonasında sayı artıq iki minə yaxınlaşan muzdluların gətirilməsinin qarşısını almaq üçün öz imkanlarından istifadə etməyə çağırmışıq.
Bu mövzuya Azərbaycan və Ermənistan liderləri ilə mütəmadi təmaslar çərçivəsində oktyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da toxunub. Müxtəlif kanallarla mövqeyimizi israrla irəli sürməkdə davam edirik”.

“Gördüyümüz kimi, şərhdə nə Azərbaycanın, nə də hər hansı başqa ölkənin ünvanına qınaq yoxdur”,- TASS-ın həmsöhbəti davam edib. -Söhbət RF-nın bilavasitə qonşuluq etdiyi Zaqafqaziya regionuna muzdlu yaraqlıların düşməsindən son dərəcə narahatlığımızdan gedir. Bununla əlaqədar azərbaycanlı dostlarımızdan xahiş edərdik ki, ilkin mənbələrlə tanışlıq zamanı daha diqqətli olsunlar”.

Mənbə qeyd edib ki, Moskva Rusiyaya yaxın ölkələr üçün son dərəcə həssas olan münaqişədə özünün vasitəçi roluna hər zaman maksimum səliqəli yanaşıb. “Bu barədə prezident Əliyev özü dəfələrlə bildirib. Dağlıq Qarabağ münaqişəsinin sülh, siyasi-diplomatik yolla nizamlanmasına sadiqliyimizi təsdiq edirik. Eyni zamanda əminik ki, muzdlu yaraqlıların Zaqafqaziyaya daxil olması regionun bütün ölkələrinin, o cümlədən Azərbaycan və Rusiyanın sabitliyinə və təhlükəsizliyinə qorxu yaradır”,- mənbə bildirib.

Bu bəyanatda iki mühüm nüans diqqəti çəkir. Birincisi, mənbənin anonimliyi. TASS naməlum qalmaq istəyən rəsmi şəxsdən sitat gətirmək məcburiyyətindədir.

İkincisi, Rusiya rəhbərliyinin naməlum nümayəndəsi rəsmi Bakının diqqətini Lavrovun bəyanatında Azərbaycana birbaşa göstərişin olmamasına yönəldir.

Qeyd edək ki, erməni tərəfinin Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Qarabağ müharibəsində muzdlular haqda bəyanatından tez-tez gətirdiyi sitatda da Qarabağda müharibə üçün əcnəbilərin tranzitində Azərbaycanın maraqlı olması göstərilmir. Ermənilər Narışkin Azərbaycanı ittiham etdi deyərkən yalan söyləyirlər.

Belə təəssürat yaranır ki, Moskva Azərbaycanla münasibətlərdə ehtiyatlı davranır. Rusiya-Azərbaycan münasibətlərini pisləşdirməyə risk etmir, baxmayaraq ki, Azərbaycan ordusu  Rusiyanın KTMT üzrə müttəfiqi olan Ermənistanın ordusunu tamamilə darmadağın etməyə yaxındır. Kremlin ehtiyatlı olmasının ikinci səbəbi də Türkiyə prezidenti R. T. Ərdoğanın Azərbaycanı istənilən üçüncü tərəfin hərbi təhlükəsindən qorumaqla bağlı qəti niyyətini bəyan etməsidir.

Bununla belə, ikinci problem qalır - Ermənistana avianəqliyyat vasitəsilə yüngül Rusiya silahının gizli tədarükü. Son döyüşlərdə Ermənistan ordusu Rusiyanın “Orlan” pilotsuz kəşfiyyat aviavasitələrindən istifadə edib. Dünən Gorus-Laçın avtomobil yoluna çıxan Azərbaycan piyadası erməni silahları ilə atəşə tutulub, hədəf adıçəkilən  pilotsuz uçan aparat tərəfindən göstərilib, - rusiyalı hərbi mütəxəssis İqor Strelkov bildirib. Yerevan aeroportunda çəkilmiş Rusiyadan Ermənistana “humanitar yardım”  əks etdirən fotoşəkildə raket və ya mərmilərin konturları görünür.

Ermənistan rəhbərliyi dəfələrlə Rusiyaya hərbi yardım üçün müraciət edib, xüsusən də erməni mövqelərinin  Azərbaycanın pilotsuz və idarə olunan aviasiyasından qorunmasının təcili vacibliyi qabardılıb.  Belə güman etməyə əsas var ki, Rusiya həm muzdlular haqda saxta məlumatlar yayaraq ermənilərə mənəvi-siyasi yardım göstərir, həm də Ermənistanı intensiv silah-sursatla təchiz edir.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti