Jurnalistlərə dövlət tərəfindən hədiyyə edilən ev

Jurnalistlərə dövlət tərəfindən hədiyyə edilən ev

Bu dəyişiklik “Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılması zərurəti” ilə şərtlənib.

Prezidentin saytında fərmandan dərhal sonra yeni strukturun məqsədlərini, vəzifələrini, fəaliyyətini tənzimləyən Agentliyin Nizamnaməsi dərc edilib. Agentlik əsasən prezidentə hesabat verir (Nizamnamənin 6.2-ci bəndi: Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir).Bu isə, onu birinci şəxsin KİV-in gələcək inkişafı və onların dövlətdə və cəmiyyətdə roluna vizyonundan  və iradəsindən asılı edir.

İndiyədək dövlət tərəfindən leqal və qeyri-leqal olaraq dəstəklənən mətbuatın rolu cəmiyyətin deyil, hakimiyyətin maraqlarına xidmət etməkdən ibarət idi, bu da KİV-in özü də daxil olmaqla, müxtəlif sahələrdə acınacaqlı vəziyyətə gətirib çıxarıb. Mətbuatın dövlətə nəzarətdən kənarlaşdırılması korrupsiyanın baş alıb getməsinə, süründürməçiliyə, hakimiyyətdən sui-istifadəyə və bir çox mənfi nəticələrə gətirib çıxarıb, onları saymağın mənası yoxdur, belə ki, media sayəsində olmasa da, əsasən sosial şəbəkələr sayəsində bütün mənfi hallar göz qabağındadır.

Fərmanda və nizamnamədə fondun yaradılmasının məqsədləri ilə bağlı, bəzi istisnalar olmaqla, Konstitusiya və KİV haqqında qanunda müəyyən edilmiş bir institut kimi mövcudluğuna, demək olar ki, son qoyulmuş azad mətbuatın yaradılmasından və onun qorunmasından deyil, əsasən KİV-in gələcək inkişafının texniki məqamlarından bəhs edilir. Azərbaycan söz və KİV azadlığının boğulması üzrə dünya liderləri arasında yer alıb. Texnoloji təchizat deyil, məhz bu aspekt bu gün mətbuat üçün əsas çağırışdır.

KİV-in iqtisadi əsaslarını gücləndirməli olan, amma əksinə, 2009-cu ildən etibarən mövcud olduğu dövr ərzində onları zəiflədən və dövlətdən daha çox asılı vəziyyətə salan ləğv edilmiş Fondun funksiyaları hazırki agentliyə keçib. Ona verilən digər bir funksiya KİV-in özünü tənzimləməsini təmin etməli olan, amma media sahəsində qütbləşməni gücləndirən icra hakimiyyəti səlahiyyətlərinin belə verildiyi nəzarət qurumuna çevrilən müflis olmuş Mətbuat Şurasının funksiyası ilə eynidir.

Nizamnamənin bəndlərində senzura elementləri nəzərə çarpır:

3.1.27. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.18. onlayn mediada yayımlanan informasiya qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;

3.1.20. çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

Bundan başqa, Agentliyə ticarət fəaliyyəti ilə məşğul olmaq hüquq verilir, bu da biznes subyektləri kimi KİV-i inkişaf etdirmək və onların iqtisadi əsaslarını möhkəmləndirmək məqsədilə ziddiyyət təşkil edir. Beləliklə, Agentlik KİV-lərlə onların öz meydanında rəqabət aparacaq ticari maraqlı tərəfə çevrilir. İndidən bu halda sui-istifadələr təhlükəsindən danışmayaq. Amma agentliyin sələfinin təcrübəsi bu məsələdə ehtiyatlılığa səbəb olur. KİV-ə Dövlət Dəstəyi Fondunun artıq ciddi maliyyə sui-istifadələri ifşa olunub, baxmayaraq ki, ona ticari fəaliyyət hüququ verilməmişdi.

Amma Agentliyin dövlət tənzimləməsi, inzibati nəzarət, biznes həyata keçirilməsi funksiyalarını bir əldə cəmləşdirməsini qeyd etmək xüsusilə vacibdir, bu, onu “hamısı birində” prinsipi ilə bir nəhəngə çevirir. Eyni zamanda yarımdövlət, yarımictimai və yarımticari subyekt statusunda bütün vəzifələri həyata keçirmək dövlət, cəmiyyət və biznes maraqlarının münaqişəsi nöqteyi-nəzərdən çətin olacaq.

Agentlik barədə vaxtından əvvəl hökm çıxarmayaq, baxmayaraq ki, bunun üçün yuxarıda bəhs edilən əsaslar var. Həmçinin prezidentin hazırlanmasını tapşırdığı yeni KİV haqqında qanunun necə olacağı bizə məlum deyil. Hazırki qanunun məzmunu son 15 ildə söz azadlığının məhdudlaşdırılması istiqamətində korlanıb. Gələcək qanun hakimiyyətin dövlət və KİV münasibətləri ilə bağlı əsl motivlərinə daha çox aydınlıq gətirəcək.

Amma yenə də, biz – jurnalistlər üçün Agentliyin fəaliyyətinin qiymətləndirilməsinin meyarı Azərbaycan Jurnalistinin Peşə-Etika Qaydalarının Birinci prinsipi – Həqiqətə Xidmətdir, bu, obyektivlik, tarazlıq, plüralizm kimi mexanizmlərin tətbiq edilməsi ilə təmin edilir. Bütün mediada bu prinsipin reallaşdırılması və ya reallaşdırılmaması yaxın gələcəkdə hakimiyyətin KİV və söz azadlığı ilə bağlı real siyasətini və niyyətini üzə çıxaracaq.

Mehman Əliyev

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti