Arxiv

Arxiv

Bir həftə arayla radikal dinçilərin nəzarəti altında olan İdlib bölgəsində Türk ordusu əsgərlərinin həlak edilməsi bölgədəki mövcud tarazlığı Türkiyənin lehinə dəyişdirdi.Bu, hər şeydən əvvəl prezident Erdoğanın qərarlılığı və Türk ordusunun əks-əməliyyatları nəticəsində mümkün oldu.

Fevralın 5-də prezident Erdoğanın Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinə telefonda “Bəşər Əsədin öz qoşunlarını İdlib ətrafında çəkməsi üçün ayın axırına qədər vaxt verməsi”,eyni zamanda,Rusiyaya bir  ultimatumdur yoxsa Bəşər Əsədi hədəfə  almaq daha asandır?

Əlbəttə ki,Əsədi hədəfə almaq  Milli Şura sıralarında təmsil edilən Azərbaycan müxalifətini hədəfə almaq qədər asandır.Bunu cənab Erdoğan da bilir,həm də ona görə ki,fevralın 12-də Ankaraya gələn ABŞ-ın Suriya  xüsusi təmsilçisi,Ankaradakı keçmiş səfir James Jefferey də demişdi ki,Rusiya olmasa,Dəməşq döyüş sahəsində 1  həftə də davam gətirə bilməz.

Yaxşı,cənab Erdoğanın bu kükrəmələrinin qarşısında Moskva nədən ehtiyat edir? Erdoğan bu şəkildə davam etsə,hansı “tifaqlar” dağıla bilər,onların dağılması halında yerinə  yenilərini  qoymaq mümkün olarmı,mümkün  olmasa, Ankara üzünü Moskvadan çevirib yenidən Washingtona və NATO-ya daha sıx şəkildə bağlanarmı?

Bir az irəli gedib deməliyik ki,keçən həftənin şənbə günü Suriya və xüsusilə,İdlib məsələsi barədə müzakirə aparmaq  üçün Rusiyanın diplomatlardan,hərbçilərdən və kəşfiyyatçılardan ibarət heyəti Ankarada öz həmkarlarıyla dialoqa başlayıb.Hələ ki nəticə yoxdur,Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu hər hansı sazişin əldə edilməməsinə rəğmən dialoqun davam etdiyini və Erdoğan ilə Putinin yenidən görüşə biləcəyini  açıqlasa da Moskva bu işin gələcəyindən çox da ümidli görünmür.

Narahatlıq doğuran əsas məsələ- Türkiyənin bölgədə Suriya ordusu ilə birbaşa savaşa girməsi və 2017-ci ilin yanvarından bəri pis-taxşı mövcud olan “Astana prosesi”nin tarixə qarışmasıdır.Belə olan halda isə Türkiyə ilə Rusiyanın yenidən eyni masa arxasına keçmələri       bəlkə də mümkün olmayacaq. Ankarada NATO-nun ən yüksək səviyyədə köməyə çağrılmasına ,ABŞ ilə münasibətlərə yenidən hərarət verilməsinə dair  edilən çağırışlar Moskvanın narahatlığına  narahatlıq qatır.

Qəribə  bir vəzyyət yaranıb: İdlib  probleminin həllində yanvarın axırına qədər “yeni qaçqın dalğaları” tezisinə sığınan və ümid bəsləyən  Türkiyə,3 və 10 fevral tarixlərində bölgədəki 13 hərbçisini itirəndən sonra əks-hücumda “qırğı siyasəti” yeridərək təşəbbüsü böyük ölçüdə ələ keçirmişdir.Ona görə əmin olun ki,Erdoğan bu dəfə Putinlə görüşsə belə,oraya daha güclü gedəcəkdir.Yenidən Moskvaya,bəlkə Soçiyə gedənə qədər geniş miqyaslı hərbi əməliyyatlar  düşüncəsindən vaz keçməsə,Erdoğanı kim tormozlaya biləcək?

Heç kim.Bu halda indiyə qədər güc-bəla  ilə ayaqda saxlanılan mexanizmlərin də sonu gələcək.Bunun başında isə “Astana prosesi”nin varlığı gəlir ki,”Erdoğanın İdlib yürüşü”nün dayandırıla bilinməməs halında o proses sona çatacaq və birinci növbədə İran o prosesdən kənarda qalacaq.İranın kənarda qalması ayrı məsələ- bəs Ankara ilə Moskva Suriya məsələsiylə bağlı müzakirələr prosesinin yeni formatını tapmağa təşəbbüs göstərəcəklərmi?  Cənab Erdoğanın dediyi kimi(biz 4-5 ay əvvəldən deyirdik), “Astana prosesi” bitdisə, onun yerinə hansısa “prosesi” qoymaq mümkün olacaq?

Rus hərbi ekspertləri Suriya ordusunun son günlərdə  həlledici qələbə qazanaraq   Hələb yolunun nəzarətə  alınmasına  diqqəti   cəlb etməklə yanaşı,bu halda Türkiyəni  yeni variantlar üzərində düşünə biləcəyini istisna etmirlər.Bu ehtimalı Erdoğanın fevralın 11-də partiyasının parlament qrupunda yenidən nümayiş etdirdiyi kəskin mövqe də gücləndirir.O halda Vladimir Putinlə görüşsə,Erdoğan nə tələb edəcək: Dəməşq ordusunun “dərsini vermək üçün” Rusiyanın müdaxilə etməməsini  yoxsa İdlibdə möhkəmlənmək üçün daha çox təminat? İkisini də istəyə bilər....

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti