December 8, 1991 signed the agreement on the creation of the CIS signed by Yeltsin, Kravchuk and Shushkevich

December 8, 1991 signed the agreement on the creation of the CIS signed by Yeltsin, Kravchuk and Shushkevich

Sovet dövründə Kremlin rəhbərliyi altında 14 respublika şərti olaraq üç “üçlük” və bir “beşliyə” ayrılmışdı. Bir “üçlüyün” üzvləri - Baltika ölkələri Qərbin hiss olunan dəstəyi ilə Aİ və NATO-ya daxil olub və göründüyü qədər, təhlükəsizlik və Rusiya tərəfindən yenidən udulmaq mümkünlüyü ilə bağlı problemlərini birdəfəlik həll edib.

İkinci “üçlük” (Belarus, Moldova, Ukrayna) bu gün Moskva üçün əsas başağrısı səbəbidir. Belə ki, Moldova yeni seçilmiş prezident Maia Sandunun rəhbərliyi altında nəinki Rusiya qoşunlarının ən qısa zamanda çıxarılması zərurətini bəyan edib, həm də Ukrayna ilə ikitərəfli münasibətləri birlikdə avrointeqrasiyaya üz tutmağa yönəlmiş strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq barədə razılığa gəlib.

Üçüncü “üçlük” postsovet məkanında Azərbaycan və Ermənistan arasında uzun illər davam edən yeganə müharibə ilə nadirdir. 2020-ci ildə müharibə zamanı Rusiya ilk dəfə münaqişənin həllində xarici oyunçunun – Türkiyənin iştirakına imkan verib. SSRİ-nin dağılmasından sonra NATO-ya daxil olmaq yolunda ən uğurlu irəliləyiş əldə etdiyinə görə Rusiyanın ilk dəfə ərazilərini ilhaq etdiyi Gürcüstan da buraya daxildir.

Uzun müddət Rusiyaya ən çox bağlı olan ölkələr kimi görülən yeganə Mərkəzi Asiya ölkələri “beşliyi” bu gün ABŞ və Çin arasında ən kəskin geosiyasi və iqtisadi mübarizə səhnəsinə çevrilib və mürəkkəb, bəzən isə təxmin edilməsi çətin olan transformasiya proseslərini başladıb.

Sadalanan ölkələrin xarici siyasətinə nəzər salsaq, qeyd etmək olar ki, onların, demək olar ki, hamısı Rusiyanın təsiri altından çıxmaq və digər üstün dünya mərkəzlərinə yönəlmək üzrə açıq və gizli texnologiyalar inkişaf etdirirlər, bu da Moskvanın istənilən inteqrasiya layihəsi üçün, o cümlədən MDB üçün təhdid təşkil edir. Moskva öz növbəsində “dövlətlərarası separatizmin” qarşısını almaq üçün hansı texnologiyaları işləyib hazırlayır? İlk növbədə, gizli və açıq münaqişələrlə bağlı əməliyyatlar Rusiyanın hərbi və siyasi iştirakını qoruyub saxlamasına imkan verir. MDB ölkələrinin əksəriyyətinə hərbi-texniki, iqtisadi və maliyyə yardımı mühüm rol oynayırdı, son zamanlar bu yardımlar müxtəlif səbəblərdən dayandırılıb. Rusiya çox vaxt MDB məkanında hərbi əməliyyatlarda gizli iştiraka, 2008-ci ildən etibarən isə ərazilərin ilhaqına (Gürcüstan, Ukrayna) və ərazi iddialarına (Ukrayna, Qazaxıstan və s.) əl atıb. Təcrübi cəhətdən bu səylər hərbi bazaların və sülhməramlı birləşmələrin yaradılması ilə dəstəklənirdi, onlar nəinki MDB ölkələrini uzun müddət üçün Rusiyaya bağlayırdı, həm də çox vaxt Moskvanın maraqlarına zidd olan daxili siyasi proseslərə təsir edirdi. Qeyd edək ki, yalnız Özbəkistanda və Türkmənistanda Rusiya qoşunları və ya bazaları yoxdur və qaydalardan bu istisnanın səbəblərini yalnız təxmin etmək olar.

Potensial namizəd MDB-yə daxil olmaq üçün üzərinə Nizamnamədə yer alan öhdəlikləri götürərək, bütün üzv dövlətlərin razılığını almalıdır. Vaxtilə tanınmamış ərazilər: Çeçenistan, Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ MDB-yə daxil olmaq istəklərini bildiriblər. İndi bu təhlükədən “ayrılmış” Ukrayna və Gürcüstana qarşı açıq-aşkar istifadə edilir və bu, perspektivdə Azərbaycan, Ermənistan və Moldovaya qarşı yönəlib. Bir çox hallarda Rusiya pasportlarının verilməsi texnologiyasından və ya onun tətbiqi təhdidindən istifadə olunur.

Bəzi Rusiya analitikləri qeyd edirlər ki, 2020-ci ildən etibarən Moskvanın xarici siyasətində MDB ölkələrinə münasibətdə guya praqmatikliyə dəlalət edən “müəyyən təmkinlilik və ehtiyatlılıq” özünü büruzə verib. Əslində, Rusiyanın ekspansionizm siyasətini davam etdirmək üçün kəskin resurs və texnologiya çatışmazlığı yaşadığını təxmin etmək olar. Necə olursa olsun, MDB-nin bu yubiley ili həm ona daxil olan ölkələrin gələcək inkişafı, həm də yaxın gələcəkdə təşkilatın özünün taleyi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirməlidir. Əslində, 2021-ci il həm pandemiya çağırışlarının rəf edilməsi cəhətdən, həm də yaxınlaşmaqda olan, siyasətin, iqtisadiyyatın və formalaşmış dəyərlərin əsaslarını sarsıdan reallığa qiymət vermək iqtidarında olan yeni dünyagörüşünün formalaşdırılması nöqteyi-nəzərdən bütün dünyanın taleyi üçün müəyyən mənada həlledicidir.

Ən yaxın gələcəkdə Rusiyanı hələ təyin edilərkən postsovet məkanında (Ukrayna, Belarus, Gürcüstan) Moskva ilə güclü qarşıdurmanın anonsunu verən yeni ABŞ prezidentinin komandası ilə ksəkin mübarizə gözləyir. İntriqa ondan ibarətdir ki, eyni zamanda həm ABŞ, Aİ və NATO ilə, həm də Rusiya ilə müstəqil oyun partiyası aparan, eyni zamanda Moskvanın barışmaz düşmənləri – Kiyev və Tbilisi ilə strateji əlaqələrini möhkəmləndirən Türkiyə də gözlənilmədən bu mübarizəyə daxil olub. Pekin amili vəziyyəti daha da dərinləşdirir, məhz onun güclü meyli gələcək siyasi partiyanın kompozisiyasını müəyyən edəcək. Beləliklə, Ankara, Vaşinqton, Brüssel və Moskva ilə münasibətlər və Pekinin mövqeyi 2021-ci ilin siyasi mövsümünün mahiyyətini təşkil edəcək. Bu kompozisiya müstəqillik əldə etdikdən sonra ən dağınıq vəziyyətdə olan üç Cənubi Qafqaz (CQ) dövlətinə də mütləq toxunacaq. Və yeni ABŞ hakimiyyəti Tbilisi və Yerevan üçün konkret imtiyazlar vəd edibsə, Bakını azadlığa dəstək aktına Azərbaycanla hərbi əməkdaşlığı qadağan edən 907-ci düzəlişin bərpası ilə hədələyirlər. Doğrudur, burada da hər şey birmənalı deyil, belə ki, göründüyü qədər, Moskva Qərbin Azərbaycana və xüsusən Ermənistana çıxışının qarşısını uzun müddət üçün alıb. Qeyd edilir ki, hazırda Ermənistanın Avrasiya İttifaqına dərin inteqrasiyası üzərində fəal iş gedir, Yerevanın Avropa və ABŞ-la siyasətini qurarkən riayət etməli olduğu yanaşmalar işlənib hazırlanır. Görək, təyin edilərkən ABŞ-ın Bakıya dəstək mövqeyinə yenidən baxacağını bəyan edən dövlət katibi Entoni Blinken öz proqramını hansı uğurla həyata keçirə biləcək: “Dağlıq Qarabağın təhlükəsizliyini təmin edəcək və yeni müharibənin qarşısını almağa kömək edəcək möhkəm həllin axtarışında ABŞ-ın iştirakına yeni təkan verəcəyəm. Bu, həmçinin bizim Minsk Qrupu çərçivəsində fəallaşmağımızı və üçüncü tərəflərin istənilən yeni müdaxiləsinin qarşısını almaq üçün əlavə diplomatik işi də ehtiva edir”. Bəzi analitiklər hesab edirlər ki, Türkiyənin yeni ABŞ administrasiyası ilə mürəkkəb münasibətlərini nəzərə alaraq, CQ-də qüvvələr balansı yenidən dəyişə bilər, bunun nəticəsində artıq Azərbaycan çətin vəziyyətə düşə bilər. Doğrudur, burada da müəyyən nüanslar var: Azərbaycan və Türkmənistan, nəhayət ki, Xəzər Dənizində “Dostluq” yatağının birgə kəşfiyyatı və işlənməsi haqqında Hökumətlərarası Niyyətlər Memorandumunu imzalayıblar, Rusiyadan karbohidrogen ixracının qarşısını almaq isə ABŞ üçün CQ-nin işlərinə müdaxilədən daha çox əhəmiyyət daşıyır.

Moskvanın elə bu il Kiyev, Kişinyov və bəlkə də, Minsklə qarşılıqlı münasibətlərinin həddindən artıq kəskinləşəcəyi proqnozunu nəzərə aslaq, bu rəy tamamilə doğrudur. Amma belə bir perspektiv olmasa da, siyasi analitiklər qeyd edirlər ki, Rusiya qlobal böhranın ən kritik mərhələsinə qədəm qoyub. Vəziyyətdən çıxış yolu Dövlət Dumasına sentyabr seçkiləri zamanı və xüsusilə bu seçkilərdən sonra həyata keçirilə biləcək siyasi rejimin dəyişməsində görülür. Buna digər mənfi təmayüllər də əlavə olunur: dissidentlərin darmadağın edilməsi, tələblərin kəskin şəkildə artırılması, senzuranın sərtləşdirilməsi, mühacirətin kəskin şəkildə artması (V.İnozemtsev). Bu isə “Krım effektinin” sublimasiyasına – Kremli yeni sanksiyalara sürükləyəcək yeni müharibəyə gətirib çıxara bilər (A.Morozov). Hakimiyyətin əlində daxili sabitliyi qoruyub saxlamaq üçün heç bir vasitə qalmadığı bir vəziyyətdə bu aqibət tamamilə realdır. Bu şəraitdə hərbi vəziyyət tətbiq edilməsi və seçkilərin ləğvinə qədər bütün ölkənin hərbi relslərə keçiriləcəyi mümkünlüyü proqnozlaşdırılır.

Postsovet məkanında real siyasi islahatlara yol verilməməsinə məhz Rusiyadakı siyasi vəziyyət şərait yaradır, buna görə bu vəziyyətdə radikal dəyişikliklər MDB-nin avtoritar rejimlərinin dəyişməsinə və ya transformasiyasına gətirib çıxaracaq.

Bu, xüsusən demokratiya (Qırğızıstan və Özbəkistan) və birbaşa avtokratiya (Qazaxıstan, Türkmənistan və Tacikistan) eksperimentlərinin eyni nəticəyə gətirib çıxardığı Mərkəzi Asiya ölkələrinə aiddir. Qırğızıstan parlament idarəetməsindən yenidən sərt prezident hakimiyyətinə qayıdıb, Mirziyayevin Özbəkistanda demokratiyanın aqibəti ilə bağlı 4 il əvvəl ifadə etdiyi nikbinliyi isə sabit və səmərəli idarəetmə sisteminin təsis edilməsi uğrunda məhvedilməz bürokratiya ilə aparılan mübarizədə xeyli azalıb.

2021-ci il MDB dövlətlərinin bütün siyasi elitaları üçün həlledici olmalıdır: onlar öz rejimlərində müasir dövrün çoxsaylı risk və təhdidlərinin öhdəsindən gələcək şəkildə islahatlar apara bilməsələr, mütləq elitaların rotasiyası məsələsi gündəmə gələcək. Məhz yeni nəsil elitalar MDB-nin gələcəyi – onun ləğv edilməsi və ya transformasiyası məsələsini həll etməli olacaq...

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti