An Israeli Iron Dome anti-rocket system, right, and an American Patriot missile defense system are shown during a joint U.S.-Israel military exercise on March 8, 2018. (Jack Guez/AFP via Getty Images)

An Israeli Iron Dome anti-rocket system, right, and an American Patriot missile defense system are shown during a joint U.S.-Israel military exercise on March 8, 2018. (Jack Guez/AFP via Getty Images)

Amerikanın nümayəndəsinin bildirdiyinə görə, bu görüşdə Xulataya Co Baydenin Prezident Administrasiyasının İranın nüvə probleminin diplomatik yolla həllinə sadiq olduğu, amma lazım olarsa, İranın nüvə silahı əldə etməsinə yol verməmək üçün başqa variantlardan da istifadə etməyə hazır olduğu bildiriləcək, xəbəri Reuters yayıb.

“Biz, əlbəttə ki, əvvəlki kimi, diplomatik yola sadiq qalmaq niyyətindəyik. Amma bu, işə yaramasa, başqa yollar da var və biz İranın heç vaxt nüvə silahı yaratmayacağının zəmanətini təmin etməyə tamamilə sadiqik”, deyə Reuters Bayden administrasiyasının yüksək vəzifəli nümayəndəsindən sitat gətirib, amma digər yolların İrana qarşı güc tətbiqi mümkünlüyünü də nəzərdə tutub-tutmadığını açıqlamayıb.

Reuters-in elə həmin mənbəyi anonim qalmaq şərti ilə jurnalistlərə bildirib ki, İran nüvə proqramlarının həyata keçirilməsində irəliləyib və indi onu bu sahədə sıçrayışa nail olmaqdan – nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə etməkdən cəmi bir neçə ay ayırır.

Bəlkə də məhz bu vəziyyət pərdə arxasında İran və Azərbaycan Respublikası arasında hərbi-diplomatik “müharibə” başlayan səhnənin pərdəsini aralayır. Bir çox ekspertlər bunun səbəbi kimi AR hərbiçilərinin Qorus-Qafan yolunda Ermənistana və Qarabağın ermənilərin yaşadığı hissəsinə gedən İran yük maşınlarını saxlamasını göstərir.

Bu ilin yazından Avropalılar və ABŞ-la nüvə sövdələşməsinə dair danışıqları bərpa edən İran məqbul nəticə əldə edilməsini yubardır, müxtəlif qeyd-şərtlər, o cümlədən Birləşmiş Ştatların hesablarda dondurduğu 10 mlrd.-ın açılması şərtini irəli sürür. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (IAEA) sentyabrın 27-də bildirib ki, İran nüvə obyektlərinin monitorinqi haqqında sazişin şərtlərini yerinə yetirmir.

Reuters-in məlumatından belə bir nəticə çıxır ki, Tehran atom bombasının bir addımlığındadır və mollaların Vaşinqton və Tel-Əvivin qabaqlayıcı hərbi tədbirlərə əl ata biləcəyini başa düşməsi İrandakı rejimi həddindən artıq gərir.

İsrail ötən illərdə belə tədbirlərə əl atıb, məsələn, İranın Nataz şəhərindəki obyektlərə raket zərbələri endirib, həmçinin Suriya və İraqda İranyönlü obyektlərin aradan qaldırılması, Birləşmiş Ştatların 2020-ci il yanvarın 3-də İraqda İranın hərbi liderləri: İİKK-nin “Qüds” xüsusi təyinatlı dəstəsinin rəhbəri Qasım Süleymani və İraqdakı “Həşd əş-Şəəbi” qruplaşmasının rəhbərinin müavini Əbu Mehdi Əl-Mühəndisi aradan qaldırması kimi tədbirlər həyata keçirib. Bütün bu aksiyalar hərbi cəhətdən cavabsız qalıb. İran tərəfi qisas aksiyası həyata keçirmək təhdidləri ilə (o cümlədən AR-in ünvanına) kifayətlənirdi. Elə həmin Əbu Mehdi əl-Mühəndis 2019-cu ilin sentyabrında birbaşa Azərbaycanı İsrailin dronlar vasitəsilə İraqda İranyönlü hərbi obyektlərə hava zərbələri endirmək üçün onun ərazisindən istifadə etməsində ittiham edib. Əl-Mühəndis İsraildən qisas almağa söz verib, bu da dolayısıyla Azərbaycanın təhdid edilməsi demək idi.

Qoşunların AR sərhədlərinə qədər çəkilməsi, farsca bəzənmiş də olsa – şantajla birlikdə Bakının ünvanına dostluq və qardaşlıq etirafları yer alan yaylım bəyanatları, mahiyyətcə İranın Vaşinqton və Tel-Əviv üçün şimaldakı qonşusunun ərazisindən hərbi hava zərbələri endiriləcəyi təqdirdə AR ərazisində iqtisadi və digər transmilli obyektlərə zərbələr endirməyə hazır olması barədə xəbərdarlıqdır.

İran və Azərbaycanı ayıran Arazın hər iki tərəfində hərbi ritorika fonunda prezident İlham Əliyevin əmin səs tonu AR-in İranın mümkün hava və hətta yerüstü hücumlarına qarşı ölkənin təhlükəsizliyi ilə bağlı yüksək zəmanət aldığını göstərə bilər. Və həm amerikalılardan, həm də israillilərdən bununla bağlı siqnallar daxil olur. Dərəcələri də çox yüksəkdir. Azərbaycanın, eləcə də İranın nüvə dövlətinə çevrilməsində maraqlı olmayan digər ölkələrin, o cümlədən Rusiyanın geri çəkiləcək yeri yoxdur.

2019-cu ilin avqustunda Rusiyanın “Nezavisimaya gazeta” qəzeti İsrailin Rusiya və ABŞ-ın icazəsi ilə İraqda şiə hərbi birləşmələrinin mövqelərinə zərbələr endirdiyini bildirib. Bu barədə Asharq Al-Awsat nəşrinə Qərbli diplomatik mənbə bildirib. O etiraf edib ki, hərbi obyektlərdə daha tez-tez baş verən partlayışların arxasında məhz yəhudi dövlətinin qüvvələri dayanır, amma Moskva və Vaşinqtonla razılaşmalar səbəbindən israillilər kampaniyada iştirakları olduğunu açıq şəkildə deyə bilmirlər. Ekspertlər Rusiyanın həqiqətən də zərbələrə yaşıl işıq yandıra biləcəyini ehtimal edirlər.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti