Açıq mənbələrdən foto
Paşinyanın Türkiyəyönlü niyyəti və Rusiyanın şantajı barədə
Rusiya “Ermənistanın Türkiyə vasitəsilə Avropaya gedəcəyindən” ehtiyatlanır. “Gazeta.ru”dakı nəşrin sərlövhəsi belədir: “Ermənistan Türkiyə vasitəsilə Rusiyanın təsir dairəsindən çıxaraq Avropaya gedir”.
Belə bir narahatlıq üçün əsas var. Ermənistan baş naziri Nikol Paşinyan bir daha hökumətin iclasında çıxış edərək, Türkiyə ilə münasibətləri qeyd-şərtsiz nizamlamaq istəyini dilə gətirib. Onun sələfləri də belə deyirdilər, amma bu il vəziyyət tamamilə fərqlidir.
Yerevan Dağlıq Qarabağla qonşu əraziləri işğal etdiyinə görə 1993-cü ildə Türkiyə Ermənistanla sərhədini bağlayıb və onunla münasibətləri kəsib. 2020-ci ilin noyabrında isə Ermənistan ordusunu oradan çıxarmaq məcburiyyətində qalıb, həm də atəşkəs sazişinin altında prezident Erdoğanın imzası olmasa da, o, imzalanma prosesində görünmədən iştirak edib.
Türkiyə də sərhədlərin açılmasının tərəfdarıdır, belə ki, R.T.Erdoğan Ermənistanla birlikdə “altılı platforma” yaratmağı təklif edib. “Bu istiqamətdə müsbət addımlar atılarsa, biz bağlı qapılarımızı Ermənistanın üzünə açacağıq”, deyə Türkiyə prezidenti dekabrın 10-da Bakıda bildirib.
Yanvarda Washington Post qəzeti Erdoğanın adı açıqlanmayan müşavirindən sitat gətirib: Ankara “Ermənistanla münasibətləri normallaşdırmağa” hazırdır. “Bizim üçün problem həmişə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi olub. İndi bu, həll edilib. Ermənistan addım atmağa hazırdırsa, biz hazırıq”.
Paşinyanın “Türkiyə vasitəsilə” getmək niyyətində olduğunu Yerevanlı politoloq Beniamin Matevosyan bildirir. O, Paşinyanın cavanlıq illərində Ermənistanın Türkiyə ilə münasibətlərini mühüm məsələlərdən biri hesab edən Levon Ter-Petrosyanın tərəfdarı olduğunu yada salır.
Ermənistanın birinci prezidentindən fərqli olaraq, növbəti prezidentlər – R.Koçaryan və xüsusən S.Sarkisyan ölkələrinin Türkiyə və Azərbaycanla əməkdaşlıq etmədən də inkişafını mümkün hesab edirdilər. Sarkisyan hətta deyirdi: təsəvvür edək ki, bizdən şərq tərəfdə heç nə yoxdur.
Ter-Petrosyanın arqumenti Türkiyə və Azərbaycandan təhdidlər davam edəcəyi təqdirdə Ermənistanın Rusiyadan məcburi asılılığı idi. Paşinyan hakimiyyətə fərqli şüarlarla gəlib, onlar arasında Kremdən asılılıq olmadan, real müstəqilliyə nail olmaq da var idi. Türk dövlətləri tərəfindən təhdidi aradan qaldıran Ermənistan Gümrüdəki 102-ci Rusiya bazasının saxlanmasından imtina edə və Rusiya sərhədçilərini ölkədən çıxara bilər.
Amma Türkiyə təhdidini aradan qaldıran Paşinyan onun əvəzində Rusiyanın təhdidini qazanacaq. Rusiyalı türkoloq Viktor Nadein-Rayevski deyir ki, Ermənistan Türkiyə ilə sərhədi açsa iqtisadi gəlirlərini artıra bilər, amma ərazilərini itirəcək.
Ermənistana ərazi şantajı rusların və onları təkrar edən erməni ekspertlərin bir çox bəyanatlarında əksini tapır. Onlar deyirlər ki, 2025-ci ildə Rusiya sülhməramlılarını Qarabağdan çıxarsa, ermənilər də onların ardınca gedəcək. Ermənistan üçün Qarabağ həmişəlik itiriləcək.
2025-ci ildə Rusiya sülhməramlı kontingentinin Azərbaycanda iştirakının beş illik müddəti başa çatır. Prezident İ.Əliyev bu müddətin başa çatmasından 6 ay əvvəl sülhməramlı missiyanın başa çatması ya uzadılması zərurəti ilə bağlı Moskvaya müraciət etməsə, Rusiya ordusu Qarabağdan çıxmalıdır.
Kamal Əli
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
COP29 bitdi. Geriyə nə qaldı? – Fuad Həsənov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:41
- 204
-
- İqtisadiyyat,
- 13:04
- 253
Rəy yaz