ИА Красная Весна
Si Tszinpin və Co Bayden arasındakı danışıqların gedişatı və nəticələri ilə bağlı Çin və Amerika tərəfindən müxtəlif şərhlər verildi. Amma, yenə də hesabatlara və rəsmi və yarımrəsmi bəyanatlara verilən qiymətlərə ümumi nəzər saldıqda Vaşinqton və Pekinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ortaq nöqtə tapdığı barədə nəticəyə gəlmək olar.
ABŞ Çinin daxili işlərinə, xüsusən də Çinin Sitszyan və Tayvan əraziləri ətrafında münaqişənin həllində güc tətbiq etməməsi şərti ilə, bu məsələlərə müdaxilə etmək niyyətində olmadığını bildirib (Co Bayden təsdiq edib ki, Amerika tərəfi nə “yeni soyuq müharibə”, nə Çinin siyasi sisteminin yenidən qurulması iddiasında deyil. – Sinxua). Söhbətin ikinci kifayət qədər mühüm mövzusu Çində yenidən kəskin artan COVİD-19 olub. Bu, Çin iqtisadiyyatının hərəkətverici qüvvəsi olan ixracat üçün ciddi çətinliklərə səbəb olacaq. Və nəhayət, onlayn görüşün ən mühüm məsələsi Ukrayna olub. Burada, hesabatlardan göründüyü qədər, tərəflər öz mövqelərini yaxınlaşdırıblar, bu və digər problemlərin həlli üçün ortaq yanaşma işləyib hazırlayacaq birgə xüsusi işçi qrupun yaradılması buna dəlalət edir. (Dövlət başçıları konstruktiv danışıqların qiymətləndirilməsi ilə bağlı razılığa gəliblər və hər iki tərəfin komandalarına əldə edilmiş razılaşmaları ciddi-cəhdlə həyata keçirməyi və Çin-Amerika münasibətlərini sağlam və sabit inkişaf məcrasına qaytarmaq üçün təsirli addımlar atmağı tapşırıblar, həmçinin Ukrayna böhranının lazımi şəkildə həlli üzrə birgə səy göstərmək barədə razılığa gəliblər. – Sinxua).
Hesabatlarda Rusiyanın təhrik etdiyi nüvə silahından istifadə təhlükəsinin artması barədə danışılmayıb.
Prezident Putin üçüncü ölkələrin onun Ukrayna ilə münaqişəsinə müdaxiləsindən ehtiyatlanaraq nüvə silahlarını müəyyən hazırlıq mərhələsinə keçirib. Martın 17-də isə Bayden və Sinin müzakirələri ərəfəsində Rusiya prezident parkının 7 təyyarəsi eyni vaxtda Moskvadan Ural dağının arxasına uçub, onlardan ikisi siqnalları uçuş zamanı təyyarəni izləməyə imkan verən transponderlərini söndürüb və radarlardan itib. Ural dağının arxasında nüvə müharibəsi ehtimalına qarşı Rusiya rəhbərliyi üçün yeraltı sığınacaqlar yerləşir.
Kremlin bu addımlarını Amerika-Çin görüşünə mesaj kimi qiymətləndirmək olar. Bunun mahiyyəti ondan ibarətdir ki, Putin rəqib nüvə dövlətlərini Moskva ilə birbaşa dialoqa cəlb etmək istəyir. Onun üçün bu, məqsədlərinə çatmağın ən optimal yoludur. Onlar NATO infrastrukturunun, xüsusən raket qüvvələri sahəsində infrastrukturun Şərqə tərəf irəliləməsi prosesinin dayandırılması, Rusiyanın texnoloji və maliyyə problemləri yaşadığı silahlanmanın sürətinin azaldılması, böhran vəziyyətində olan Rusiya iqtisadiyyatının investisiyalar və kreditlər vasitəsilə əhəmiyyətli dərəcədə subsidiyalaşdırılmasından ibarət ola bilər.
Bu məqsədlər paketi həyata keçirildiyi təqdirdə Putin Ukraynadan çəkilməyə və Rusiyanı əhatə edən postsovet respublikaları ilə bağlı iştahını basdırmağa hazır olacaq.
Son günlər Çinin Ukrayna böhranı ilə bağlı mövqeyinin dəyişdiyi müşahidə olunur. Əvvəllər Pekin daha çox Rusiyayönlü mövqe tuturdusa, Moskva ilə işgüzar və müttəfiqlik münasibətlərini qoruyub saxlayırdısa, Bayden-Si görüşü ərəfəsində artıq Ukraynaya dəstəyini ifadə edirdi, amma bu zaman Rusiyanı mühakimə etmirdi. Çinin mövqeyi daha çox tarazlaşdırılmış, Türkiyənin mövqeyinə bənzər şəkil alıb. Məlum olduğu kimi, Ankara hər iki tərəf üçün məqbul olan potensial vasitəçi qismində Kiyev və Moskva arasında məharətlə manevr edir.
Putin ABŞ-la birlikdə Rusiya ilə Ukrayna böhranının tənzimlənməsi məqsədindən daha çox Kremlin sahibinin dünyanı beynəlxalq təhlükəsizlik uğrunda onunla sövdələşməyə məcbur etmək üçün qəsdən təhrik etdiyi nüvə təhdidinin qarşısının alınması məqsədilə Rusiya ilə danışıqlara başlaya biləcək Çinin bu mövqeyində maraqlı ola bilər. Bu Qlobal sövdələşmədə Ukrayna mövzusu o qədər də əhəmiyyətli görünməyəcək.
Rəy yaz