Münaqişə tərəflərinin həddindən artıq destruktiv və aqressiv ritorikası görüşün bir xəbərçisi kimi diqqətə alına bilməz, belə ki, o, daha çox ictimai əhval-ruhiyyə nəzərə alınmaqla daxili istifadə üçün nəzərə alınıb. Bu əhval-ruhiyyə isə hələlik ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan icmalarının sülhə hazırlanması zərurəti ilə bağlı fikrinin xeyrinə deyil.
Görüş platforması kimi həmsədrlərin bu il martın 1-də verdikləri bəyanata nəzər salmaq lazımdır. Bu bəyanat onların Yerevanda və Bakıda yüksək səviyyəli görüşlərinin məhsulu oldu. Bəyanatın münaqişənin nizamlanması üzrə əsas yol xəritəsini təşkil edən ən mühüm müddəasına keçək:
"Bu yaxınlarda Minsk Qrupu prosesinin mahiyyəti ilə bağlı səslənən bəzi ziddiyyətli bəyanatlara baxmayaraq, həmsədrlər təsdiq edirlər ki, ədalətli və möhkəm nizamlanma Helsinki Yekun Aktının təməl prinsiplərinə, xüsusən, 1) güc və ya güc tətbiqi təhdidinin tətbiq edilməməsi; 2) ərazi bütövlüyü və 3) xalqların bərabərhüquqluluğu və öz müqəddəratını təyin etməsi prinsiplərinə əsaslanmalıdır. Ona həmçinin həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdikləri əlavə elementlər: 1) Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması; 2) Dağlıq Qarabağın təhükəsizlik və özünüidarə zəmanətini təmin edən müvəqqəti statusu; 3) Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz; 4) Gələcəkdə Dağlıq Qarabağın yekun hüquqi statusunun hüquqi cəhətdən mütləq olan iradənin bildirilməsi vasitəsilə müəyyən edilməsi; 5) bütün daxili köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qaytarılmaq hüququ; 6) sülhyaratma əməliyyatını da ehtiva edən beynəlxalq təhlükəsizlik zəmanətləri daxil edilməlidir.
Həmsədrlər bu prinsip və elementləri münaqişənin istənilən ədalətli və möhkəm nizamlanması üçün əsas olmalıdır və onlara bir vəhdət kimi baxılmalıdır. Prinsiplərdən və ya elementlərdən bəzilərini digərlərindən üstün tutmaq cəhdi tarazlaşdırılmış həllə nail olmağı qeyri-mümkün edəcək".
Bundan belə çıxır ki, MQ kompleks, vahid, amma həyata keçirilmə formasına görə mərhələli yanaşma təklif edir.
Paşinyan Əliyevlə görüş ərəfəsində bildirib ki, Vyanada həmsədrlərin nizamlanmanın üç prinsip və altı metodunun bir bütün çərçivəsində həyata keçirilməsini necə gördükləri barədə izahat almaq niyyətindədir. Əliyev indiyə qədər sual verməyib, amma bu, o demək deyil ki, onun Paşinyanın suallarına bənzər sualları yoxdur.
Problemə ayrıca baxılsa, Paşinyanı başa düşmək olar. Yəni münaqişəyə regional kontekstdən kənar, Ermənistan və Azərbaycanın təkcə Cənubi Qafqaz çərçivəsində deyil, həm də Rusiya Şimali Qafqazının və İran və Türkiyə ilə həmhüdud Kiçik Qafqazın da daxil olduğu Böyük Qafqaz çərçivəsində real olaraq birgə yaşaması nəzərə alınmadan baxılır və o, belə həll olunur. Və daha əhəmiyyətlisi, münaqişəyə strateji Avrointeqrasiya xətti - coğrafi Avropa Qafqazının CQ ölkələrinin də cəlb olunduğu siyasi Qafqaza çevrilməsi xətti çərçivəsində baxılmasıdır.
Sülh prosesinin vasitəçiləri də, iştirakçıları da yaxın gələcəkdə iki ölkənin Avropanın siyasi müstəvisi və dəyərlər müstəvisi çərçivəsində birgə yaşamasını dəqiq nəzərə almaqla, nizamlama layihəsinə strateji Avrointeqrasiya komponentini də daxil etməli idilər. Belə olan halda problemin həlli ikitərəfli, Cənbi Qafqaz problemi kimi deyil, Avropa münaqişəsi kimi dar və gerçəkdə çıxılmaz yanaşmaya alternativ və perspektiv nöqteyi-nəzərdən tamamilə başqa müsbət təkanlar qazana bilər.
Münaqişənin MQ həmsədrləri tərəfindən təklif edilmiş bir bütün çərçivəsində həlli mümkündür. Məsələn, prinsiplərin deklamasiyasında və onların başa düşülməsində təməl ziddiyyət aşağıdakı sxem üzrə həll edilə bilər: ərazi bütövlüyü çərçivəsində müqəddəratı təyin etmək və bunun davamı olaraq Ermənistan və Azərbaycanın vahid Cənubi Qafqaz ittifaqı və daha sonra Avropa İttifaqı çərçivəsində öz müqəddəratını təyin etməsi. Bu yanaşma fərqli platforma yaradır və münaqişənin fərqli başa düşülməsinə səbəb olur. Bütün digər prinsiplər törəmə olur və tamamilə texniki cəhətdən həll edilir.
Bu gün liderlər bu cür yanaşmaya hazırdırlar? Bunu demək çətin deyil. Müxtəlif vaxtlarda Paşinyan da, Əliyev də bu cür yanaşmalar səsləndiriblər, amma şəraitin basqısı altında geri çəkiliblər ki, bunun əsas səbəblərindən biri də xalqların sülhə hazır olmaması olub.
Xalqlar isə münaqişənin vasitəçilərin təklif etdiyi dar nizamlanma çərçivəsində sülhün alternativsizliyi anlayışına gəlib çıxa bilmirlər.
Zaman faciəvi tarixi yaddaş, düşmənçilik, etimadsızlıq kimi qapalı mənfi cəhətlər dairəsindən çıxış üçün daha geniş və uzunmüddətli perspektivin işlənib hazırlanmasını tələb edir.
Rəy yaz