adhdcoachdiane.com
“Təhsil sualların cavabı deyil. Təhsil əslində bütün suallara cavab tapmağı öyrədir.”
Sentyabrın 15-də təhsil müəssisələri öz qapılarını ictimaiyyət üçün açıblar. Lakin müəyyən məhdudiyyətlə təhsil sisteminə məsafə münasibətlərin ehtiyatlı inteqrasiyadan olsa-olsa danışmaq mümkün olacaq. Bu son onilliklərin qeyri-adi hadisələrindən sayılır. Qlobal davranışlarla sinxron olan covid-19 virusu bütün dünyanı oxşar dərəcədə təhdid edir. YUNESKO-nun məlumatına görə, pandemiya nəticəsində dünyadakı şagirdlərin 90% -dən çoxu təhsildən məhrum oldu.
Demək bu il dünyadakı ibtidai və orta məktəblərdə 900 milyon şagirdin (qlobal səviyyədə 1,5 milyard) avqust-oktyabr ayları arasında məktəbə qayıtması planlaşdırılırdı. Lakin YUNESKO-nun məlumatına əsasən onların yalnız yarısı - 155 ölkədən 433 milyon şagird indiki mərhələdə məktəbə qayıdacaqlar. [1] Harvard Universitetinin professorları belə düşünürlər ki, covid-19 böhranı daha yaxşı, universal ali təhsilə keçmək imkanıdır. Bütün dünyada semestrin ortasında pandemiyaya qarşı mübarizəyə yönəlmiş təcili karantin universitetləri bir gecənin içində məsafədən təhsilə keçməyə məcbur etdi. Bu sürətli keçid həm müəllimlər, həm də tələbələr üçün çətin olsa da, ondan yaxşı bir şeylər də ortaya çıxara bilər. Çoxsaylı tanınmış futoroloqlar, düşüncə insanları da indiki virusun doğurduğu fəsadları deyil, daha parlaq perspektivlər açacağına dair fərqli fikirlər söyləyirlər. Onların içərisində yay aylarında oxuduğum “Dördüncü sənaye inqilabı” kitabının müəllifi Klaus Şvabın mülahizəsi diqqətimi daha çox özünə çəkdi. Klaus Şvab söyləyir ki, pandemiya daha sağlam, daha ədalətli və daha firavan bir gələcək yaratmaq üçün dünyamızı dərk etmək, düşünmək və yenidən qurmaq üçün nadir, lakin dar bir fürsət pəncərəsidir.
İndiki təhsil və gələcək iqtisadiyyat əlaqəsi
İndiki təhsilin keyfiyyəti gələcək iqtisadiyyatın əsasların yaradır. Bu günkü təhsil təkcə texnoloji inkişafı, innovasiyanı doğurmur. Bəzən bəşəriyyətin gözləmədiyi şərtlər diktə edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şlayxer təhsilin iqtisadiyyata təsiri ilə bağlı maraqlı məqama toxunur: ”Bizim məktəblər gələcəyin iqtisadiyyatları olacaq. Biz də yeni texnologiyalar gördük və bu, yalnız onlayn təlim deyil. Biz televiziya və radio vasitəsilə təhsil verən bir çox onlayn platformalar gördük.” Nəinki ali təhsil sistemi, hətta peşə təhsili sistemi belə indiki pandemiya risklərini minimumlaşdırmaq gücündə ola bilər. [2] OECD ölkələrində indiki gənclər yaşlı nəsillə müqayisədə daha az peşə təhsili almaq imkanlarına malikdir. Halbuki güclü peşə təhsili sistemi COVID-19-un mənfi iqtisadi nəticələrinin aradan qaldırılmasında mühüm rol oynaya bilər.
Covid-19 dünyanın təhsil baxımından geridə qalan hissəsinə görsətdi ki, sürətlə dəyişən təhsil sisteminə inteqrasiya olunmadan asanlıqla təbii resursların hasilatı hesabına iqtisadiyyat qurmaq mümkün deyil. Təbii resurslara arxayın olub innovativ metodlardan kənarda qalıb iqtisadiyyatları da taqətdən salırlar. Onun dinamizmini ləngidirlər. Məhz həmin ölkələrin innovativ məhsulların ixracı baxımından geridə qalmaqları onların təhsil sistemindən və iqtisadiyyatlarından yan keçmir. Çünki dünya online təhsil sisteminin bazarı sürətlə böyüyür. 2018-ci ildə dünya üzrə bu bazarının həcmi 200 milyard dollar səviyyəsində olub. Proqnozlara görə əsasən, onlayn-təhsil bazarının həcmi orta hesabla 2019-cu ildən 9,06% artaraq 2026-cı ilə qədər 337,86 milyard dollara çatacaq.
Virtual təhsil ənənəvi təhsili əvəz edə bilərmi?
Ənənəvi təhsili virtual təhsilə qarşı qoymaq çağdaş şərtləri inkar etmək cəhdidir. Virtual təhsili ənənəvi təhsili əvəz etməsini də iddia etmək formal müasirlikdir. Bunlar arasında qarşılıqlı əlaqə var. Təhsilin obyekti insandır. İnsanın ruhunu, bədən dilini, mənəvi-psixoloji keyfiyyətlərini bir kənara qoyub, onu yalnız öyrətmə və öyrənmə müstəvisi dərk etmək fundamental anlayışlardan uzaq yanaşma sayıla bilər.Bu kontekstdə PISA-nın direktoru Andreas Şlyaxerin bir fikri olduqca yerinə düşür: "Texnologiya yaxşı öyrənməni gücləndirə bilər, lakin onu əvəz edə bilməz". COVID-19 böhranı bizə bir daha göstərdi ki, öyrənmənin sərhədi yoxdur, biz əslində məktəbdə təlimi və məktəbdən kənar təlimi birləşdirə bilərik. Təlim heç vaxt bir yerdə dayanmır, öyrənmək daimi bir fəaliyyətdir. Andreas Şleyxer özünün başqa bir müsahibəsində [3] olduqca maraqlı bir məqama diqqət edərək deyir: “Müəllimlər yenilikçi bir təlimin inkişafına yaradıcı yanaşmalıdırlar. Bu, yalnız texnologiya məsələsi deyil. Onlar öz şagirdlərinə bələd olmalı, onlarla ünsiyyətdə olmalıdırlar. Keçmişdə şagirdlər sinfə gəlirdilər, sizin qarşınızda otururdular və sadəcə olaraq dərsdə iştirak edirdilər. İndi isə şagirdlər yalnız onlara reaksiya verdiyinizə, onların kim olduğunu, hansı xəyallar, arzularla yaşadıqlarını bildiyinizə görə dərsdə iştirak edirlər. Müəllimlər tədrisin sosial ölçüsü, emosional inkişaf haqqında daha çox düşünməlidirlər. Şagirdlər onlara reaksiya verən müəllimləri, onlarla ünsiyyət saxlayan, münasibətlərin formasını quranları xatırlayacaqlar.”
Hələ əsrlər öncə baş vermiş bir hadisəni xatırlamaqda böyük fayda var. Albert Eyşteyn Amerikada Prinston universitetində dərs deməyə dəvət edirlər. Onun elmi potensilını biləndən sonra demişlər ki, bu çox dəyərli bir bilim insanıdır. Onu tələbələrə dərs deməyə məsləhət bilmirlər. Eynşteynə iki nəfər assisent verirlər ki, onlarla birgə işləsinlər. Bir müddətdən sonra görürlər ki, onun elmi məhsuldarlığı Berlində çalışmalarına və gözləntilərə adekvat olmayıb. Bunun səbəbini onun özündən soruşurlar: siz də sürətlə məhsuldarlığın azalmasının səbəbi nə olmuşdur? Eynşteyn demişdir ki, mən tələbə yeməkxanası üçün və orada tələbələrlə ünsiyyət üçün çox darıxdım! Bu ünsiyyətin azalması və motivasiyanın olmaması Eynşteynin elmi məhsuldarlığına ciddi təsir göstərmişdir.
Amma bu ünsiyyət “aclığı” gərək acı gerçəklikləri də üstələməsin. Covid-19 növbəti dalğalarını nəzarətdə saxlamaqla təhsil sistemimizdə inkişafı tormozlamağa əsas verməməlidir. Ümumdünya İqtisadi Forumunun apardıqları araşdırmalar [4] göstərir ki, inkişaf etməkdə olan ölkələrdə məktəblərin daha erkən açılması virusun yayılmasının qarşısının alınmasında indiyə qədər əldə olunan nailiyyətləri poza bilər. Məktəblərin yenidən açılması barədə qərar qəbul edərkən direktiv orqanlar bu nəticələri məktəblərin uzunmüddətli bağlanması xərcləri ilə müqayisə etməlidirlər. Səhiyyə sistemindəki ekspert rəylərinin daimi diqqətdə saxlamaqla virtual təhsil sisteminin uğurlarını elə bir həddə yüksəltməliyik ki, udan yenə iqtisadiyyatımız olsun. Güclü iqtisadiyyatsız təhsil və səhiyyə sistemləri ayaq üstə qala bilməz.
Necə deyərlər, sağlıq durumumuzdan dünyagörüşümüzə və oradan isə cibimizə birbaşa təsir kanalları var.
Məhəmməd Talıblı
Mənbələr:
[2]https://www.oecd.org/education/education-at-a glance/?utm_source=facebook&utm_medium=social&utm_campaign=eduataglancesep2020&utm_content=en&utm_term=pac
Rəy yaz