Azerbaijan
Bu dəfə Azərbaycanın Tovuz rayonu ilə Ermənistanın Tavuş rayonunun qovşağında tərəflərin orduları Qarabağda təmas xəttində 2016-cı ilin aprel döyüşləri zamanı olduğu kimi piyadaların hücumundan deyil, əsasən artilleriya və pilotsuz uçan aparatlardan istifadə ediblər. Yəqin ki, bu üç günlük artilleriya dueli son 4 ildə ən uzun və tərəflər üçün müəyyən dərəcədə eyni nəticələri olan duel idi – hərbi obyektlər məhv edilib, komanda heyəti arasında itkilər var.
Azərbaycanın cənub-qərbində, Qarabağdan iki yüz kilometr məsafədə baş verən hadisələrə nəyin səbəb olduğunu dəqiq müəyyən etmək çətindir. Ermənistanın müdafiə naziri David Tonoyan bildirib ki, iyulun 12-də günorta satlarında içərisində Azərbaycanlı hərbi qulluqçuların nəzarəti altında olan UAZ minik avtomobili Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi zoyana keçib. Azərbaycanlılara təhlükəli zonada olduqları barədə xəbərdarlıq edilib. Onlar avtomobili qoyub gediblər (?!). Bundan sonra Azərbaycan tərəfi Ermənistanın UAZ sərnişinlərinə geri qayıtmaq əmri verən mövqeyinə atəş açıb.
O, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi Azərbaycanın UAZ-ı qaytarmaq məqsədilə atəş açmağa başlaması haqqında versiyasını təkzib edib. “Belə olsaydı, onlar bizimlə əlaqə saxlaya bilərdilər və onların öz maşınlarını götürə bilməsi üçün atəş açmamaq razılığı əldə olunardı. Amma onlar dərhal artilleriyadan atəş açmağa başladılar”. https://rossaprimavera.ru/news/de0e1f29
Azərbaycan tərəfi elə həmin gün ilk beş hərbi qulluqçunun hansı şəraitdə öldürüldüyünü izah etmir. Amma ziddiyyətli bəyanatlardan onların UAZ-ın sərnişinləri olduğunu təxmin etmək olar?
Hər iki ordu öz addımlarını keçmişdə olduğu kimi cavab addımı deyil, cəza addımı adlandırır. Bu yeni ritorika ilk dəfə münaqişədən uzun müddət əvvəl informasiya şəbəkəsinə atılıb, tərəflərin təsadüfi olub-olmamasından asılı olmayaraq, ilk münaqişə vəziyyətində odlu zərbələr endirməyə və onlara bəraət qazandırmağa hazır olduğunu göstərir.
Bu reaksiya həmçinin uzunmüddətli qarşıdurmadan, bitmək bilməyən silah axını ilə hərbi gücün misli görünməmiş şəkildə artırılmasından yorğunluğa dəlalət edir. Hər iki ölkənin cəmiyyətləri sosial-iqtisadi böhranlar və sarsıntılardan fiziki və mənəvi cəhətdən beziblər, buna koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər və gizlilik də əlavə olunub. Və bu vəziyyət Azərbaycan və Ermənistanın problemlərinin həlli və regionda sabitlik yolunda əsas maneə olaraq qalan münaqişəni regional partlayışın detonatoruna çevirir.
Beynəlxalq vasitəçilərin 2016-cı ilin aprel döyüşlərindən sonra tərəfləri sakitləşdirmək səylətinə baxmayaraq, 2019-cu ilin ikinci yarısından etibarən prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın ritorikasında təhdid notlarının artması müşahidə olunur. Yeni seçilmiş Paşinyanın prezidentlər Koçaryan və Sarkisyanın şəxsində öz sələflərinin hərbi kursundan imtina edəcəyini gözləyərək, bir qədər fasilə verən Əliyev bir müddət Ermənistanın yeni hakimiyyətinin “iynələməkdən” çəkinib. Öz növbəsində, sələflərinin şəxsində müxalifətin Azərbaycan qarşısında kapitulyasiya etmək səylərində ittiham etdiyi Paşinyan Bakıya qarşı təxribat xarakterli addımlar atır, rəqiblərinə Qarabağın Azərbaycandan alınması kursunun vərəsə yolu ilə keçdiyini nümayiş etdirirdi.
Əliyev və Paşinyan bu il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində əyani söz duelində barışmaz mövqelərini açıq şəkildə nümayiş etdiriblər.
Xarici amillər də Ermənistanı və Azərbaycanı bir-birinə tamamilə zidd olan maraqlarını müdafiə etmək üçün gücdən istifadə etməyə təhrik edə bilər – burada ermənilərin millətin öz müqəddəratını təyin etməsi hüququna verdiyi şərh Azərbaycanlıların ərazi bütövlüyü prinsipinə verdiyi şərh toqquşur. Baxmayaraq ki, Azərbaycan güzəşt olaraq ərazi bütövlüyü çərçivəsində öz müqəddərratını təyin etmə şəklində sintezə hazırdır. Amma nə qədər qəribə də olsa, Ermənistanın yanaşması 30 ilə yaxındır düşmən tərəfləri barışdırmağa çalışan beynəlxalq vasitəçilər tərəfindən getdikcə daha çox anlaşılmazlıqla qarşılanır.
Avropa Parlamenti "Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti / Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə" adlı 2019/2209(INI) nömrəli qətnamə qəbul edib.
Sənəd Avropa Parlamentinin Litvadan olan deputatı Petras Auştreviçyus tərəfindən həmməruzəçilər Radoslav Sikorski, Anna Fotıqa (hər ikisi Polşa XİN-in keçmiş rəhbərləri olub), Attila Ara-Kovaç (Macarıstan) və Marketa Qreqorovanın (Çexiya) iştirakı ilə hazırlanıb.
Sənədin preambulunda Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı 2009/2216(INI) nömrəli qətnaməsinə istinad edilir. Bu qətnamənin 8-ci və 10-cu bəndlərində erməni qüvvələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb.
Avropa Parlamentinin yeni qətnaməsində də, 10 il əvvəlki sənəddə olduğu kimi, Ermənistan tərəfin Qarabağ münaqişəsinin həllində israr etdiyi "təyini-müqəddərat hüququ" barədə bir kəlmə belə yoxdur.
Sənəddə həmçinin qeyd edilir ki, Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz (!) və həmin ölkələrin bəzilərinin işğalının davam etməsi (!) ucbatından pozulmuşdur...".
(b o) bəndində xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılması barədə çağırış var. Bu bənd ərazilərində işğalçı qoşunların dislokasiya edildiyi “Şərq Tərəfdaşlığı”nın iştirakçıları olan bütün ölkələrə və deməli, əraziləri Ermənistan tərəfindən işğal edilmiş Azərbaycana da aiddir.
Sənəddə Avropa İttifaqının Şərq Tərəfdaşlığının iştirakçıları olan ölkələrin “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində” (b m bəndi) suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəklədiyi qeyd edilir.
Eyni zamanda, “[dövlətlərin] bu prinsiplərin təmin olunması səylərinin [Avropa İttifaqı tərəfindən] bütövlüklə dəstəkləndiyi” qeyd edilir (“support their efforts to fully enforce those principles”).
Faktiki olaraq, Avropa İttifaqı dövlətlərin öz suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü və siyasi müstəqilliyini güclə təmin etmək hüququnu nəinki tanıyıb.
Qeyd etmək lazımdır ki, bu, Qərbi Avropanın Qarabağ münaqişəsinə baxışının yeni şərhidir, o, münaqişənin ilk illərində BMT TŞ-nin verdiyi bənzər xarakterli qətnamələrini (№№ 822, 853, 874, 884) tamamlayır və sərtləşdirir, Azərbaycanın gələcək addımları üçün hüquqi-mənəvi əsas verir.
ATƏT-in müəyyən dərəcədə iflic olmuş fəaliyyəti nisbi Ermənistan-Azərbaycan barışığının həssaslığını artırır. Burada işçi qurumlar Azərbaycanın bloklama notası nəticəsində baş katibin və digərlərinin şəxsində bu qurumların rəhbərlərinin təsdiq edilməməsi ilə əlaqədar narahatlıq içindədirlər. Rəsmi Bakı iyunun 11-də ATƏT-in hazırki Baş Katibinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə Nümayəndəsinin və milli azlıqların işləri üzrə Ali Komissarın mandatının uzadılmasına blok qoyub. İyulun 10-da da razılıq əldə etmək mümkün olmayıb. ATƏT-in bu məsələ ilə bağlı son iclasında Bakının müttəfiqləri arasında Böyük Şərq məkanında güzəşt kartlarını oynayan Moskva və Ankara da olub.
Bakının bloklama addımları təsadüfi deyil. ATƏT-in iclası ərəfəsində, iyulun 7-də prezident Əliyev yerli telekanallara müsahibəsində ATƏT-in Minsk Qrupunu passivliyinə görə tənqidə məruz qoyub. “ATƏT MQ Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatına reaksiya vermir. Bu bəyanat danışıqları pozur və mənasız edir”, deyə o bildirib.
“Bizim mövqeyimiz tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, biz Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik”, deyə Əliyev bildirib.
Rəy yaz