Ilham Aliyev and Recep Tayyip Erdogan attended the parade dedicated to 100th anniversary of liberation of Baku. September,2018
Türkiyə-Azərbaycan həmrəylik mesajı
Bəlkə də yubiley sentyabrın 15-də qeyd ediləcək - 2010-cu ilin həmin günündə tərəflər "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Yaradılması haqqında Bəyannamə"ni imzalayıblar. Türkiyə Suriya, İordaniya, Livan, İraq, Rusiya və Yunanıstanla da münasibətləri daha da dərinləşdirmək məqsədilə belə strukturlar yaradılıb.
"İki dövlət - bir millət" şüarını tez-tez dilə gətirən Azərbaycan və Tükriyənin belə bir struktura ehtiyacı olduğunu düşünmürəm. Müstəqillik əldə edildiyi andan etibarən münasibətlər həmişə aktiv dinamikada və regional və beynəlxalq siyasətin bütün məsələləri üzrə qarşılıqlı təsir vəziyyətində olub. Çox güman ki, bu, bu, Türkiyənin başlatdığı dəbə hörmətdir.
Şuranın mövcud olduğu 10 il ərzində ölkələr TANAP qaz layihəsi, Bakı-Tbilisi-Kars dəmir yolu layihəsi, Türkiyədə "Star" neft-kimya kompleksinin genişləndirilməsi kimi geniş miqyaslı nəqliyyat və energetika layihələri həyata keçiriblər. Regional təhlükəsizlik, xüsusən terrorizmə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət xeyli güclənib.
Erdoğan Azərbaycan və Türkiyənin həmrəyliyinin bütün məsələlərdə, o cümlədən terrorizmlə mübarizədə özünü göstərdiyini bildirib. O qeyd edib ki, "FETO" terror təşkilatına qarşı mübarizədə Türkiyəni ən çox Azərbaycan dəstəkləyib.
Qarabağ problemi və Ermənistan-Azərbaycan münasibətlərində Ankara həm siyasi nizamlama, həm də Yerevanın əlaqələrin açılması ilə bağlı bütün təşəbbüslərinin pozulması yolu ilə Ermənistana təzyiq nöqteyi-nəzərdən tam həmrəylik nümayiş etdirir.
"Dağlıq Qarabağ münaqişəsi bizim də məsələmizdir... Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində nizamlanması ən böyük arzumuzdur", deyə Erdoğan iclasın yekunlarına görə bildirib.
Fevralın 25-də Bakıda hər iki tərəfin dilə gətirdiyi bütün bu aspektlər bütün istiqamətlərdə siyasətin dəyişməzliyini və ardıcıllığını nümayiş etdirib.
Çox güman ki, iclasın iki mövzusu diqqət çəkib. Hər iki mövzu Erdoğan tərəfindən təqdim edilib. O, qarşılıqlı ticarət dövriyyəsini 4,5 mlrd. dollardan 2024-cü ildə 15 mlrd. dollara qədər artırmaq və Naxçıvan-Türkiyə qaz kəməri və dəmiryolu layihələrini həyata keçirmək zərurətindən bəhs edib.
Birinci halda Erdoğanın bəyanatı şişirdilmiş görünür, belə ki, əldə üç dəfə artımı təmin edə biləcək resurs yoxdur. 2024-cü ilə qədər Türkiyənin Azərbaycandan 15 mlrd. kubmetr qaz ala biləcəyini nəzərə alsaq belə, bu amil Erdoğanın ideyasının həyata keçirilməsində həlledici rol oynamaq iqtidarında deyil. Bəlkə də o, şişirdilmiş səviyyə ilə ikitərəfli ticari-iqtisadi münasibətlərin heç olmasa 2 dəfə artımına təkan vermək istəyir ki, bu, daha realdır.
Naxçıvana gəlincə, yeni qaz kəməri layihələri bir tərəfdən Azərbaycan muxtariyyətinin nəqliyyat və energetika təhlükəsizliyini artıracaq, digər tərəfdən isə Kiçik Qafqaz regionunda Türkiyənin iştirakının güclənməsi demək olacaq, bu da Naxçıvanın Ermənistandan təhlükəsizliyini artıracaq. Bu gün Naxçıvanın təhlükəsizliyi Yerevan və Bakı tərəfindən Ermənistan-Azərbaycan sərhədinin bu hissəsində hərbi vasitələrin artırılması hesabına dəstəklənir.
Bütün əvvəlki iclaslarda olduğu kimi, regionda bütün maraqlı oyunçulara mesaj olan həmrəylik nümayişini bu iclasın da əsas yekunu adlandırmaq olar.
"Birliyimiz əbədidir. Gələcəyimizi möhkəm əsas üzərində qururuq", deyə Azərbaycan prezidenti telekamera obyektivlərinə bildirib.
-
- Siyasət
- 27 Fevral 2020 13:51
-
- Söz istəyirəm
- 27 Fevral 2020 14:30
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz