Turkish artillery near Baku.1918.
İyulun axırından Türk ordusunun yenidən “Ata yurdumuza gedək”- fəlsəfəsini ön plana çıxardığını və vəziyyətin 1918-ci ildəkinə çox bənzədiyini yazırdıq.
Öz torpaqlarını işğaldan xilas etmək üçün Azərbaycana “həm döyüş meydanında həm də diplomatiya masası”nda(söz başda prezident olmaqla Türkiyəni idarə edənlərindir) verilən limitsiz dəstək nəticəsni tarix boyu unudulmayacaq şəkildə vermiş,prosesin birinci hissəsi Bakıdakı 10 dekabr paradıyla tamamlanmışdır.
Bu,Osmanlı imperiyasından bəri Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün bərpa edilib qorunması üçün edilən üçüncü həmlə idi və misilsiz uğurla nəticələnməsi 3 dəniz (Aralıq,Qara dəniz və Xəzər) arasındakı tarazlıqları mühüm dərəcədə dəyişdirmişdir (yaydan bəri diqqət çəkdiyimiz “dəyişdirməyə namizəddir” məfhumu artıq geridə qalmışdır).
Elə isə bu,necə mümkün oldu? Hər şeydən əvvəl,təməli 1917-ci il sosialist inqilabından sonra təməli atılan bu əməkdaşlıq fəlsəfəsnin mahiyyəti doğru olmuşdur və Türkiyənin də Azərbaycanından da bundan qaçması mümkün olmadığı kimi,bundan sonra heç mümkün olmayacaqdır.Osmanlı imperiyasına bu fəlsəfəni qəbul etdirənlər də çar Rusiyası dövründə Bakıdan qaçmağa məcbur olmuş Hüseynzadə Əli bəy və Əhməd Ağaoğlu idilər.
Osmanlı orduları baş komandanının müavini Ənvər Paşanın qardaşı,polkovnik-leytenant Nurinin 1918-ci lin yanvarında Liviyadan İstanbula çağırılaraq Qafqaz İslam Ordusu yaratması üçün verilən təlimatın ideoloji səbəbkarları da Hüseynzadə və Ağaoğlu idilər.
Ənvər Paşaya “Səadəti Ərəbistan çöllərində axtarmaq yerinə ata yurdumuza gedək”- prinsipini qəbul etdirən Hüseynzadə və Ağaoğlu 1917-ci ilin axırlarından İstanbul mətbuatında “fəth” yazıları yazaraq “Türkün buradakı dövlətinin varlığı təhlükə altındadır,ata yurdumuzda müstəqil dövlət qurmaq üçün fürsət yaranır,oraya getməliyik”- doktrinası altında fəxri general-leytenant rütbəsi verilən Nuri Paşanın ordusunu Təbrizə baş çəkəndən sonra Gəncəyə getməsini təşviq etmişdilər.
Müstəqil Azərbaycan dövlətinin öz sərhədlərinə köçməsi işni öz himayəsi altında reallaşdıran Nuri Paşa ordusu Bakını da işğalçılarından təmizləyəndən 45 gün sonra Osmanlı imperiyasının dünya müharibəsində məğlub olmasıyla Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdı.
”Ata yurdumuza gedək”- fəlsəfəsi Mustafa Kamal Paşanın qurduğu Ankara hökumətinin də və daha sonra elan edilən Türkiyə Cümhuriyyətinin də təhtəlşüuruna o qədər dərindən yerləşmişdi ki,Qazi Paşa 1921-ci ildə sosialist Azərbaycanının Ankaradakı səfirliyini özü açdığı kimi,evlənəciyi qızın adını da ilk dəfə səfir İbrahim Əbilovun evində açıqlamışdı.
“Ata yurdumuza gedək”- fəlsəfəsinin ikinci həmləsini Türk ordusu 1992-ci ilin iyulunda etdi.İlk vəzifəsi Qarabağı separatçılardan,terrorçulardan və soyqırımçılardan təmizləmək olan Türk generalları milli ordunun təməlini də atdılar,Türk ordusunun 12 minlik nəfərlik “fotosurəti” yaradılaraq həlledici əməliyyata hazırlaşarkən siyasi oyunlar planın reallaşmasının qabağını aldı.
Ancaq bu dəfə 1918-ci ildəkindən fərqli durum vardı.Belə ki;1) Həm Türk zabitlərinin önəmli qismi Azərbaycan ordusunda müşavir statusuyla xidmətə davam etdi həm də hərbi məktəblərdə dərs verdilər;2) Azərbaycan Türkiyənin hərbi məktəb və akademiyalarına müdavim göndərməkdən vaz keçmədi; 3)Türkiyə özünün ən peşəkar hərbçilərini Bakıdakı səfirliyə hərbi attaşe(ordu generalı Saldıray Berk,general-polkovnik Engin Alan və b.) göndərərək ordu quruculuğu prosesini və iki ölkə arasındakı hərbi əməkdaşlığı dərinləşdirmə məsələsini daim aktual saxladı.Xüsusilə,son 10 ildə özünün hərbi potensialını gücləndirən Azərbaycan iqtisadi əməkdaşlığın paralelində hərbi əməkdaşlığı da gücləndirməyə hərarətli yanaşdı.
Xüsusilə,Türk ordusuna son illərdə ölkə daxilində terrora qarşı mübarizədə və ölkə xaricindəki hərbi əməliyyatlarda böyük üstünlük qazandıran müasir silahların satışı-alışı sahəsindəki əməkdaşlıq Azərbaycanı müqayisə edilməz dərəcədə önə çıxardı.
Ordunun general-zabit heyətinin önəmli qisminin Türkiyədə təhsil və təlim görməsi faktoru ilə qərargah planlaşdırması,silah-sursat təchizatı bir bütöv halına gəlincə torpaqları işğaldan azad etmək istəyi dahada gücləndi.Əməliyatlar davam edərkən Azərbaycanın qərarlı mövqeyini “bölgə və hətta dünya geosiyasətində mühüm bir sınmaya səbəb olacağını” qeyd etmişdik.
Budur,10 dekabr zəfər paradı o “sınma”nın artıq reallaşdığını göstərmişdir.102 ildə “ata yurduna getmək üçün” üçüncü həmləsini edən Türk ordusunun bu dəfə orada qalıcı olacağı görünməkdədir.
Hüseynzadə və Ağaoğlunun müəyyənləşdirdikləri dəqiq fəlsəfə sayəsində bu iş paradiqmatik hala gəlməkdədir.
7 iyul 1923-də Azərbaycan sərhədləri içində “muxtariyyət” yaradanlara 97.5 ildən sonra Qafqazdakı “momentum”un sınmaya səbəb olacağını bilsəydilər…
Mayis Əlizadə
Rəy yaz