Recep Tayyip Erdoğan

Recep Tayyip Erdoğan

Lideri olduğu partiyanın keçmiş millət vəkilləriylə görüşən prezident Erdoğan,ölkəsinin Suriyada olmasının səbəbini bu sözlərlə izah etdi: “Dedim ki, bağışlayın, biz oraya Əsədin dəvətiylə getməmişik.Biz oraya Suriya xalqının dəvətiylə getmişik”

“Tarix təkrardan ibarətdirmi?”

Elə isə tarixi “təkrar  etdirənlər kimlərdir?

Sovet İttifaqı 1979-cu ildə Əfqanıstanı  işğal edəndə oraya “əfqan xalqının dəvətiylə getdiyini” bildirmişdi.İranda iqtidarı təzəlikcə ələ keçirən Ayətulla Xomeyni isə “Xalqın dəvətiylə bir ölkəyə gertmək nə deməkdir,bu,necə olur?”- deyə reaksiyasını bildirmişdi.Bir dövlətin başqa bir dövləti öz torpaqlarına dəvət etməsi mümkündür,siyasi baxımdan dünyanın bir qismi  üçün  normal,o biri qismi üçün anormal ola bilər,burda anlaşılmayacaq br durum yoxdur.Bir ölkə başqa bir ölkənin torpağını işğal etməyə çalışırsa, bu halda da dövlətlərin orduları savaşır,bu da normal haldır.Bəs “xalq” kimdir ki,başqa bir dövlətin ordusunu öz torpaqlarına dəvət edir? O “xalq” kimlərdən ibarətdir,hər hansı idarə strukturu və idarəçiləri,başqa  bir dövləti öz sərhədlərinə dəvət etmə səlahiyyəti varmı?Diktatorluq olmasına baxmayaraq, Suriya dövləti BMT tərəfindən rəsmən tanınmağa davam edirsə,o hansı “xalq”dır ki,Türkiyəni öz sərhlədləri daxilinə dəvət edir və Türkiyə də o “xalq”ınn dəvətyilə o torpaqlardakı rəsmi dövlətlə savaşmağa gedir? Öz ölkəsinin Suriyada bulunmasına Erdoğan “İranın,Rusiyanın orada nə işi var?”- əks arqumentləriylə haqq qazandırmağa çalışır.Elə isə İranın və Suriyanın baxımından onların orada bulunmalarının səbəbləri açıq-aydındır: şəriət dövləti olan  İran  məzhəbçilik  siyasəti yürütmək  və Livan Hizbullahına daha çox dəstək vermək üçün oradadır.Rusiya özünün iki hərbi bazası olan –Xmeymim və Lazkiyə üçün orada olmaqla yanaşı,”Müsəlman qardaşlar”ın Suriyada hakimiyyətə gəlməsinə mane olmaq üçün oradadır,azlıqdakı “Ələvi Əsəd” Moskvanın mənafelərinə uyğun gələn yeganə fiqurdur.”Əl-kaidə”nin  və ya “Müsəlman qardaşlar”ın  Suriyada hakimiyyətə gəlməsinin Türkyəni  sarsıdacağını,bu sarsıntının  Şimali Qafqazı və Orta Asiyanı radikal sünnçiliyin tüğyan etdiyi sahəyə çevirəcəyini və hamısının nəticəsinin Rusiyanı çox narahat edəcəyini bildiyinə görə,bu paradiqmasından qətiyyən geri addım atmaq nədir,rəsmi Dəməşqin dəvət məktubu və BMT Təhlükəsizlik Şurasının  icazəsiylə Suriyada  radikal sünni terroru ilə mübarizəni özünün birinci dərəcəli vəzifəsi hesab edir.Digər tərəfdən isə Rusiyanın  oradakı hərbi bazalarını qorumaq və Türkiyənin ərazisindən keçirməyi planlaşdırdığı iki təbii qaz boru xəttinin təhlükəsizliyinə zəmin hazırlamaq üçün Suriyada olduğunu  da bu işləri təqib edənlər bilirlər.Yəni həm iqtisadi həm də ideoloji faktorlar.

Bəs “Suriya xalqının dəvətiylə” orada olduğunu iddia edən Erdoğan Türkiyəsinin məqsədi nədir? Mövcud tabloya baxanda Erdoğan Türkiyəsinin orada, hər şeydən əvvəl,ideoloji baxımdan   bulunduğunu görmək çətin deyildir.Erdoğanın “Suriya xalqı” və ya “Qardaşlarım”- jarqonlarının semantikası Suriyadakı məzhəb çoxluğunu təşkil edən sünnilərdir.Bu gün İdlibdəki vəziyyətin birinci   səbəbi Suriyanın o kiçik küncündə də olsa,”Sünni dövlətciyi” qurmaq(Türkiyənin himayəsində),ikinci   səbəbi isə o “dövlətcyin” ərazisindən Rusiyanın Xmeymimdəki və Lazkiyədəki bazalarını raket zərbələriylə narahat etmək,bölgədəki ruslara göz açdırmamaqdır.

Türkiyənin özü naminəmi?

Yox...

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti