AFFA Hakim Komitəsinə əcnəbi rəhbərlik edəcək
Bakı/14.09.18/Turan: Azərbaycanın futbol tarixində ilk dəfə olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Hakimlər Komitəsinin sədri postuna əcnəbi təyin edilib. Bu, 55 yaşlı avstriyalı Frits Stuxlikdir. O, uzun illər Hakimlər Komitəsinə rəhbərlik etmiş Xaqani Məmmədovu əvəz edib. Bu barədə qərar cümə günü AFFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Qeyd edək ki, F.Stuxlik 17 mövsüm Avstriya Bundesliqasının matçlarına hakimlik edir. 1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FİFA referisi olub.
AFFA baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Hakimlər Komitəsinin strukturu da dəyişdirilib.
"Hazırda Hakimlər Komitəsi və Hakimlər-İnspektorlar Komitəsi bir qurumda birləşdirilib", - o deyib.
Avstriyalının təyinatını şərh edən E.Məmmədov deyib: "Frits Stuxlik tanınmış arbitr olub. İcraiyyə Komitəsi onun namizədliyini qəbul edib və birləşmiş komitənin rəhbəri seçilib".-71D-
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz