![Azərbaycanın baş naziri İsrailin müdafiə nazirini qəbul edib](https://turan.az/resized/media/2018/main/091400013197-750-500-resize.webp)
Azərbaycanın baş naziri İsrailin müdafiə nazirini qəbul edib
Bakı/14.09.18/Turan: Cümə günü baş nazir Novruz Məmmədov Bakıda səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanı qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, N.Məmmədov Azərbaycan-İsrail münasibətlərini və bunda yüksək vəzifəli nümayəndə heyətlərinin səfərlərinin oynadığı rolu yüksək qiymətləndirib.
Onun sözlərinə görə, hər iki tərəf bu münasibətlərin genişləndirilməsində maraqlıdır. Bu, regional və beynəlxaq təhlükəsizlik baxımından da vacibdir.
A.Liberman cavab sözündə deyib ki, Azərbaycanda dəfələrlə olub və burada özünü evdəki kimi hiss edir.
Görüş zamanı tərəflər hərbi və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.-02D-
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz