Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyev
Aslan İsmayılov xuliqanlıq üzrə işin Binəqədi məhkəməsindən başqa məhkəməyə verilməsini tələb edir
Bakı/01.08.18/Turan: Tanınmış hüquqşünas, "Viza" hüquq firmasının rəhbəri Aslan İsmayılov məhkəmə çəkişməsinin qanun çərçivəsində Binəqədi Rayon Məhkəməsindən başqa məhkəməyə keçirilməsini tələb edib.
A.İsmaylov by barədə bu gün məhkəmə iclası başlamazdan öncə hakim Mirhüseyn Heydərova bildirib. Belə ki, məhkəmə iclasında Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin 2017-ci il oktyabrın 16-da polis tərəfindən qaldırılmış 221-ci maddə (xuliqanlıq) üzrə cinayət işi çərçivəsində şikayətinə baxılacaq.
R.Əliyev bildirib ki, oktyabrın 2-də məhkəmə iclası zamanı A.İsmayılov xuliqanlıq törədib.
A.İsmayılov xuliqanlıq faktını inkar edərək iddiaçının işi saxtalaşdırdığını deyib. O, buna sübut kimi Turana bildirib ki, polisə şikayət haqda materiallar hələ 2017-ci il oktyabrın 1-də Binəqədi məhkəməsinin işçiləri tərəfindən hazırlanıb.
Bu gün iclas başlamazdan öncə A.İsmayılov işin başqa məhkəməyə verilməsini tələb edərək zalı tərk etmək istəyib. Ancaq onun zalı tərk etməsinə imkan verilməyib.
"Bununla bağlı tələb etmişəm ki, mənə qarşı həbs qətiimkan tədbiri seçilsin ki, bu da işə məcburi qanunsuz baxılma kimi qeydə alınacaq", - A.İsmayılov Turan-a bildirib.0-
-
- İqtisadiyyat
- 1 Avqust 2018 12:41
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz