Azərbaycanda yeni doğulan hər 10 körpədən cəmi ikisi ana südü ilə qidalanır
Bakı/31.07.18/Turan: 78 mln. körpənin (dünyada yeni doğulan hər beş körpədən üçü) doğulduqdan sonra ilk saat ərzində ana südü almaması onlar arasında ölüm və xəstəlik riskini artırır.
Bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.
Belə uşaqların əksəriyyəti aşağı və orta gəlirli ailələrdə dünyaya gəlir. Ana südü ilə qidalanma onların həyatınə xilas edərdi, deyə UNİCEF-in Azərbaycan nümayəndəliyinin mətbuat xidmətində qeyd edilir.
Azərbaycanda yeni doğulanların 20%-dən bir qədər azı ilk sayda ana südü ilə qidalanır.
Azərbaycan belə göstəriciləri olan azsaylı ölkələr qrupuna daxildir. Eyni zamanda, Azərbaycanda hər 10 yeni doğulan körpədən cəmi 2-si dünyaya gəldikdən sonrakı ilk saat ərzində ana südü alır.
Ana südü ilə qidalanmanın bir neçə saat gecikməsinin belə körpələrin həyatı üçün təhlükəli nəticələri ola bilər.
"Anaların ailə, tibb işçiləri, işə götürənlər və hökumət tərəfindən dəstəklənməsi üzrə səylər gecikmədən artırılmalıdır. Anaların öz övladlarının həyata lazımi səviyyədə başlamasını təmin edə bilməsi zəruridir", deyə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib. -06D-
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz