Azərbaycanlı dünya çempionunun qətlində ittiham olunur

Bakı/21.08.17/Turan: Xabarovskda 1992-ci il təvəllüdlü Anar Əliyar oğlu Allahverənov adlı azərbaycanlının barəsində pauerliftinq üzrə dünya çempionu Andrey Draçevin öldürülməsi ittihamı ilə axtarış elan edilib.

Qətl avqustun 20-nə keçən gecə Xabarovskda kafenin qarşısında baş verib. Dava zamanı şübhəli şəxs Draçevin başına bir neçə təpik vurub, bundan sonra artıq yerdə uzanarkən onu döyüb.

Cinayətkar hadisə yerindən qaçıb gizlənib. Şübhəli şəxsin idmançı olduğu, boks və qaydasız döyüşlə məşğul olduğu məlumdur. Allahverənovun vətəndaşlığı haqqında məlumat verilmir.

Münaqişənin səbəbi məlum deyil. Maraqlıdır ki, kafenin mühafizəçiləri davanı sakitcə müşahidə edib. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti