- Söz istəyirəm
- 21 Avqust 2017, 12:25
- 65
İlahi möcüzə və fədakarlıq�
Sıxıntılı avqust günlərində bir şad xəbəri sizlərlə paylaşmaq istərdim. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü, bölgə fəalı Lazım Umudovun oğlu İlkin keçirdiyi avto- qəza nəticəsində düşdüyü ağır koma vəziyyətindən bir ay sonra özünə gəlib. Huşu, yaddaşı geri qayıdıb. Zəif də olsa danışa və yemək yeyə bilir, yaxınlarını tanıyır.
Bu, ilahi möcüzədir. İnsan aldığı ağır kəllə- beyin tramasından sonra 1 aydan çox koma vəziyyətində qalır. Bütün xarici aləmdən təcrid olur. Ona süni hava verilir. Bir neçə dəfə kliniki ölüm keçirir. Ailəsinin, yaxınlarının, hətta həkimlərin ümidi belə daralır. Amma deyir "Allahdan ümid kəsilməz". İlahi möcüzə baş verir və İlkin koma vəziyyətindən ayılıb özünə gəlir. Allahdan ümidlərini üzməyən Umudovlar ailəsinə İlkin komadan ayılan gün ikinci xoşbəxtlik nəsib olur. İlkin ata olur, özü də sap- sağlam, gümrah oğul- əsgər atası. Bəlkə də Tanrı bu ailəni çəkdiyi sınaqdan təmkinlə, dözümlə çıxdığına, heç zaman Allahdan ümidlərini üzmədiklərinə görə onlara iki övlad qismət etməklə mükafatlandırır.
Azərbaycan səhiyyəsinin ümumi durumu barədə əksərimizin fikri mənfi olsa da ayrı- ayrı həkimlərimizin bilik və bacarığını, fədakarlığını xüsusi qeyd etmək lazımdır. Ilkin 1 aydan sonra komadan ayılmasını ilahi möcüzə ilə yanaşı həkimlərin həm də fədəkarlığının nəticəsi hesab etmək olar. Mən İlkinə baş çəkmək üçün Sabunçu rayon xəstəxanasına gedirdim. Həkimləri ilə görüşürdüm. Onların İlkin üçün necə fədakarlıq etdiklərinin, əllərindən gələni əsirgəmədiklərinin həm canlı şahidi olurdum, həm də atasından eşidirdim. Bu da nəticəsi...
İlkinin atası Lazım Umudov bizdən xahiş edib ki, oğlunun yenidən həyata qayıtmasında göstərdikləri fədəkarlığa, təmanassız dəstəyə görə 3 saylı Sabunçu rayon xəstəxanasının həkimləri nevro- cərrah Anar Abbasova, şöbə rəisi Namiq Dəmirçiyevə, baş həkim Fikrət Zeynalova, Ağciyər xəstəlikləri institunun əməkdaşı Barat Bayramova, tanınmış cərrah Çərkəz Cəfərova təşəkkürünü çatdıraq. Amma eyni zamanda o, narahatlığını da bildirir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq Saatlı rayon polis şöbəsi baş vermiş avto- qəza ilə bağlı obyektiv araşdırma aparmır, ədalətli mövqe tutmur. İşin ört- basdır edilməsinə, cinayətin gizlədilməsinə çalışırlar.
Təbii ki, əsas məsələ İlkinin həyata qayıtması, müalicəsini uğurla başa çatdırıb sap- sağlam doğmalarının yanına geri dönməsidir. Amma yol hərəkəti qaydalarının pozulmasında, ağır yol- qəza hadisəsinin baş verməsində günahkar olan şəxslərin də məsuliyyətə cəlb olunması əsas şərtlərdən biridir ki, ən azından belə hadisələr təkrarlanmasın. Bu iş isə aidiyyatı üzrə hüquq- mühafizə orqanlarının üzərinə düşür.
Söz istəyirəm
-
Bu gün 2014-cü ilin fevralında başlayan rusiya təcavüzünün Ukraynaya qarşı genişmiqyaslı müharibəyə çevrilməsindən 1000 gün ötür. Min gün davam edən ağrı, itki, göz yaşı...
-
Dörd il əvvəl 7 minə yaxın insanın həlak olduğu İkinci Qarabağ müharibəsi başa çatdı. Daha sonra ermənilər Azərbaycanın "antiterror əməliyyatları" adlandırdığı döyüşlər nəticəsində Qarabağı tərk etdilər.
-
Ukraynada Rusiya təcavüzünün səbəb olduğu vəhşi, qanlı müharibə davam edir, bu müharibə hər gün insan həyatına son qoyur, evləri, infrastrukturu dağıdır, ekologiyaya və ətraf təbii mühitdə saysız-hesabsız itkilərə səbəb olur. Ukrayna bu dünyada hər kəsdən çox sülhə can atır, çünki bu Rusiya-Ukrayna müharibəsinin vəhşiliyini hər gün hiss edən bizik. Biz yaşamaq hüququ, azadlıq və ədalət uğrunda mübarizənin önündəyik. Ukrayna Avropanın və dünyanın sabit gələcəyi üçün etibarlı əsasa çevriləcək ədalətli sülh axtarır və buna yeganə alternativ yol Ukrayna Prezidenti Volodımır Zelenskinin Sülh Formulasıdır (Ukrayna Sülh Formulası).
-
Sıra nömrəsindən asılı olmayaraq, ümumdünya COP tədbiri yalnız iqlim dəyişikliyinə deyil, həm də humanizmə xidmət edən bir aksiyadır. COP keçirən ölkədə siyasi məhbus ola bilməz, COP keçirən ölkə insan haqlarına hörmət etməlidir.
Rəy yaz