Azərbaycanlı Qazaxıstana $2 mln. məbləğində zərgərlik məmulatını keçirməyə cəhd göstərib
Bakı/21.08.17/Turan: Astana aeroportunda Azərbaycan vətəndaşı saxlanılıb. O, ümumi məbləği $2 mln. olan zərgərlik məmulatını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib. Bu barədə Qazaxıstan KİV ölkənin Sərhəd Xidmətinə istinadən bildirib.
Adı açıqlanmayan Azərbaycan vətəndaşı (1980-cı ildə anadan olub) İstanbuldan Astanaya gəlib. Onun üzərində ümumu çəkisi 48 kq. olan 2 çanta olub. Yükün yoxlanması zamanı 311 adda 11786 ədəd qızıl və gümüş məmulatı (32 kq. və 16 kq.) aşkar edilib.
Cinayət işi qaldırılıb, istintaq gedir.-71D-
-
- İqtisadiyyat
- 21 Avqust 2017 16:10
Cəmiyyət
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
Rəy yaz