Daha bir neftçinin meyitinin tapıldığı deyilir
Bakı/22.08.17/Turan: Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 18-də Axşamüstü "Daş Zirə" (köhnə Vulf adası) adasında tapılan meyitin kimliyi aşkar edilib.
Bu barədə məlumatı axtarışı yerinə yetirən Qərargah yayıb.
Xəbərə görə, aşkar edilən meyitin "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsinin əməkdaşı Samir Əsədov olduğu müəyyn edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Xatırladaq ki, 2016-cı il dekabrın 15-də Sat 5 radələrində "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma mədənində güclü külək səbəbilə estakadanın bir hissəsi və üzərindəki budka dənizə düşüb. Həmin budkada olan 10 nəfər dənizçi də dəhizə düşüblər. Axtarış nəticəsində o zaman 6 nəfərin meyiti tapılmışdı.
Dövlət başçısı İlham Əliyev bu axtarışları yerinə yetirmək üçün 2016-cı il dekabrın 16-da sərəncam imzaladı və Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar, Müdafiə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Adminstrasiyası, SOCAR, Xəzər Dəniz Gəmiçiliyi təmsilçilərindən ibarət axtarış qərargahı yaradılıb.-0-
Cəmiyyət
-
Yanvarın 7-də Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Aparatı, Gəncə bölməsinin Aparatı və Heydər Əliyev Mərkəzi də daxil olmaqla, təxminən 20 qurumda rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 15% artırılacaq.
-
Bakının Nəsimi rayonundakı populyar "Şuşa" restoranının sökülməsinə başlanılıb. Restoran Şəhriyar adına parkın (keçmiş Dzerjinski parkı) ərazisində tikilmişdi. Rəhbərlik söküntünün səbəbini açıqlamır. Ancaq yaxınlıqda daim genişlənən ADA Universiteti yerləşir.
-
Bakının Nəsimi rayonundakı populyar "Şuşa" restoranının sökülməsinə başlanılıb. Restoran Şəhriyar adına parkın (keçmiş Dzerjinski parkı) ərazisində tikilmişdi. Rəhbərlik söküntünün səbəbini açıqlamır. Ancaq yaxınlıqda daim genişlənən ADA Universiteti yerləşir.
-
Azərbaycan 9 yanvarda əsasən quraq hava şəraiti ilə qarşılaşacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Rəy yaz