Xüsusi qabiliyyət tələb edən 199 yer boş qalıb
Bakı/22.08.17/Turan: 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrində ayrılmış plan yerləri 8004 nəfər olub. Bu məlumatı Dövlət İmtahan Mərkəzi yayıb.
"Müsabiqənin nəticələrinə görə 7806 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul edilib. Qəbul planı ümumilikdə 97.51% yerinə yetirilib, xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100% dolub və boş yer qalmayıb", məlumatda deyilir.
Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2.49%) boş qalıb. Tələbə qəbulu aparılan 54 orta ixtisas təhsili müəssisəsinin 42-də qəbul planı 100% yerinə yetirilib.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtinası kimi qiymətləndiriləcək və qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək. -0-
Cəmiyyət
-
Azercell-in dəstəyi ilə şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər Cari ilin sentyabr ayında məktəblilərimiz informatika fənni üzrə iki beynəlxalq olimpiadada ölkəmizi uğurla təmsil ediblər. Belə ki, 1-8 sentyabr 2024-cü il tarixlərində Misirin İsgəndəriyyə şəhərində məktəblilərin 36-cı Beynəlxalq İnformatika Olimpiadası (IOI), sentyabr ayının 8-12 aralığında isə Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində dünyanın Birinci Beynəlxalq Süni İntellekt Olimpiadası (IAIO) baş tutub.
-
Bu gün, sentyabrın 16-da Azərbaycanda yeni tədris ili başlayıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasına görə, 2024-2025-ci tədris ili üzrə I sinfə 132 min 261 uşaq qəbul olunub. Bu, ötən ilin göstəriciləri ilə müqayisədə azdır. Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023-2024-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 137 min 862 uşaq qəbul olmuşdu.
-
Sentyabrın 17-də Bakıda və Abşeronda havanın buludlu olacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə yağış yağacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 15 + 20, gündüz müsbət 24 + 27 dərəcə olacaq.
-
Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 19+22, gündüz müsbət 26+29 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.
Rəy yaz