Адвокат Эльчин Садыгов
Elçin Sadıqova qarşı intizam icraatı başlayıb
Bakı/15.09.18/Turan: Vəkillər Kollegiyası vəkil Elçin Sadıqova qarşı intizam icraatına başlayıb. Bu barədə o özü facebook səhifəsində yazıb.
"İntizam Komissiyasının üzvü Sərdar Qasımov mənə zəng etdi. Sentyabrın 17-də Baş Prokurorluğun şikayəti ilə tanış olmaq üçün Vəkillər Kollegiyasına dəvət edildim. Məxfi görüşü dinlədikləri azmış kimi, bir də intizam icraatına başlayıblar", deyə Sadıqov yazır.
Xatırladaq ki, Elçin Sadıqov Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qəsd etməkdə ittiham olunan Yunis Səfərovun müdafiəsindən kənarlaşdırılıb. Bu barədə sentyabrın 11-də Səfərovun anası Leyla İsmayılova bildirib.
Sadıqovun kənarlaşdırılması haqqında qərar baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilib. Səbəb kimi o, vəkilin Səfərova ona qarşı işgəncələr haqqında "yalan ifadə" verməsi üçün "psixoloji təsir" göstərməsini qeyd edib. Bundan başqa, Usubov Vəkillər Kollegiyasına müraciət edərək, Sadıqovu cəzalandırmağa çağırıb.
Baş prokuror müavini vəkilin müvəkkili ilə söhbətinin məzmunu haqqında haradan məlumat aldığını açıqlamayıb. Bu, vəkilin müvəkkili ilə söhbətlərinin dinlənildiyini ehtimal etməsi üçün əsas verib. Səfərovun anası da bildirib ki, vəkilə müdafiədən imtina etməsi və Səfərova qarşı işgəncələrdən şikayət etməməsi üçün təzyiq göstərilirdi.
Prokurorluqdan və Vəkillər Kollegiyasından şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, iyulun 3-də RF vətəndaşı, Gəncə sakini Yunis Səfərov şəhər icra başçısı Elmar Vəliyevi və onun mühafizəçisini yaralayıb. Bir həftə sonra, iyulun 10-da şəhərin 150-200 nəfərdən ibarət bir qrup sakini şəhər administrasiyasının binası qarşısında etiraz aksiyası təşkil edib. Polislə qarşıdurma zamanı iki nəfər yüksək vəzifəli polis zabiti öldürülüb.
İyulun 30-da baş prokuror Zakir Qaralov bildirib ki, Gəncə hadisələri ilə bağlı ağır cinayətlərin törədilməsi ittihamları ilə 61 nəfər həbs edilib. Daha 13 nəfər barəsində axtarış elan edilib. Polisə silahlı müqavimət göstərən dörd nəfər öldürülüb. -05D06-
Cəmiyyət
-
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə üzrə genişmiqyaslı meşə bərpa səyləri barədə məlumat verərək, meşə ərazilərinin genişləndirilməsi məqsədilə on minlərlə ting əkildiyini açıqlayıb. Lakin tənqidçilər nazirliyin eyni zamanda özəl şirkətlərə torpaq icarəyə verməklə meşələrin qırılmasına şərait yaratdığını iddia edirlər.
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
Rəy yaz