![Ангела Меркель](https://turan.az/resized/media/2018/main/091500013207-750-500-resize.webp)
Ангела Меркель
Merkel Rusiyanı postsovet ölkələrində sabitliyi pozmaqda ittiham edib
Bakı/15.09.18/Turan: Rusiya Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və Azərbaycanda sabitliyi pozur. Bu barədə AFR kansleri Angela Merkel Litvada yerləşən hərbi qulluqçular qarşısında çıxış edərkən bildirib.
Biz görürük ki, mahiyyətcə, Aİ-nin və NATO-nun tərkibinə daxil olmayan demək olar bütün keçmiş sovet respublikaları Rusiyanın yaratdığı daxili münaqişələrlə üzləşir", deyə o bildirib.
Bu gün bütün bu dövlətlər öz ərazi bütövlüyünün bərpası ilə məşğuldur, belə ki, Rusiya onların ərazilərinin bir hissəsini ayırıb, ya da orada münaqişə yaradıb, deyə Merkel əlavə edib. Nümunə kimi o, Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və Azərbaycanı göstərib.
Almaniyanın NATO missiyası çərçivəsində Baltika ölkələrində yerləşən birləşmələri Rusiyanın apardığı hibrid müharibənin qarşısının alınması üçün zəruridir. Bu müharibəyə kiberhücumlar da aiddir, deyə Angela Merkel bildirib.
Baltika ölkələrində və Polşada hazırda rotasiya əsasında 4500-dən bir qədər çox NATO əsgəri və zabiti yerləşdirilib. -02D-
Siyasət
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
-
Cümə günü ABŞ prezidenti Donald Tramp iki ölkə arasında "mənasız" müharibəyə son qoymaq üçün gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə biləcəyini və Rusiya prezidenti ilə söhbət edə biləcəyini bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Rəy yaz