Gədəbəydə yenə silah-sursat aşkarlanıb

Bakı/22.08.17/Turan: Gədəbəydə külli miqdarda silah-sursat aşkarlanıb. Bu haqda xəbəri Daxili İşlər Nazirliyi yayıb.

Xəbərə görə rayonun Pirbulaq kəndi ərazisində 18 ədəd "F-1" qumbarası, 6 ədəd müxtəlif tipli raket, 10 ədəd trotil şaşka, 9 ədəd patron darağı, 840 ədəd avtomat patronu, 1 ədəd reaktiv mühərriki, 10 ədəd partlayıcı və digər hərbi sursat aşkar edilib.

Xəbərdə deyilir ki, adı çəkilən silah-sursat ANAMA əməkdaşları tərəfindən götürülüb.

Xatırladaq ki, bundan öncə ANAMA rayon ərazisində minaları təmizləmə fəaliyyəti çərçivəsində külli miqdarda silah-sursat tapmışdı. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti