Jurnalist Pərviz Həşimlinin işi üzrə proses davam edib
Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimovun işi üzrə proses davam edib. O, silah qaçaqmalçılığında ittiham olunur.
İclasın əvvəlində jurnalist onun evinin qarşısındakı müşahidə kamerasındakı məlumatlarla bağlı MTN-ə sorğu verilməsi haqda vəsatət qaldırıb. Bundan əvvəl MTN belə sorğulara məhəl qoymayıb.
“Kameradakı məlumatları ona görə açıqlamırlar ki, silahları evin qarşısına MTN işçilərinin özlərinin atdığı məlum olacaq”, - P.Həşimli bildirib.
Sonra P.Həşimlinin vəkilləri digər müttəhim Təvəkkül Qurbanova suallar veriblər.
Onların hansı şəraitdə həbs olunması ilə bağlı sualın cavabında T.Qurbanov deyib ki, onun maşınında həbs olunublar. Lakin ibtidai istintaq zamanı o bildirmişdi ki, P.Həşimli avtomobilin yanında saxlanılıb.
Bundan əlavə, T.Qurbanov məhkəmədə bildirib ki, P.Həşimli ona 15 min dollar verib. Bunun 12min dollarını İrandan silah gətirən şəxsə verməliymiş, qalan 3 mini özünə götürməliymiş. Lakin istintaq zamanı o demişdi ki, P.Həşimli əvvəlcə ona 12 min dollar, sonra 3 min dollar verib.
T.Qurbanovun ifadələrində digər uyğunsuzluqlar da olub.
Növbəti iclas mayın 1-nə təyin edilib.
* Pərviz Həşimli “Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, Siyasi və Vətəndaş Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri, AXCP İdarə Heyətinin üzvüdür.—06D--
-
- Cəmiyyət
- 28 Aprel 2014 15:13
-
- İqtisadiyyat
- 28 Aprel 2014 15:36
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz