Metro və sərnişin avtobuslarında daşınma qiymətləri artırılıb
Bakı/30.07.18/Turan: Iyulun 30-da Tarif (qiymət) Şurasının iclasında metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər avqustun 1-dən qüvvəyə minəcək.
Bu barədə Tarif (qiymət) Şurasının Katibliyi məlumat yayıb.
Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaqdır.
Tarif (qiymət) Şurasının iclasında həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 100-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib.
Müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.
Indiyədək metro və şəhərdaxili avtobus marşrutlarında gediş haqqı 20 qəpik idi.-0-
-
- Mədəniyyət
- 30 İyul 2018 18:27
-
- Cəmiyyət
- 31 İyul 2018 11:05
Cəmiyyət
-
Çərşənbə axşamı paytaxtda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Proqnozlara görə, yağışlı hava çərşənbə axşamına qədər davam edəcək.
-
Google, Ambition Loop, Azercell və “Azərbaycan Dəmir Yolları” QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələri dayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya və tərəfdaşlıqların rolunu müzakirə ediblər
-
Bakıda keçirilən COP29 konfransı mübahisələr və tənqidlərin kölgəsində başa çatdı. Tanınmış tarixçi Cəmil Həsənli bu tədbiri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın idarəçilik problemlərinin parlaq əks olunması kimi xarakterizə etdi. Administrasiyanın qatı tənqidçisi olan Həsənli, COP29-u bahalı bir tamaşa adlandıraraq sistemli çatışmazlıqları üzə çıxardığını və Azərbaycanın siyasi və iqtisadi strukturlarına beynəlxalq diqqəti artırdığını vurğuladı.
-
Avropa Parlamenti Prezidenti Roberta Metsola azərbaycanlı iqtisadçı və siyasi məhbus, professor Qubad İbadoğlunu 2024-cü il Saxarov Mükafatı təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib. Dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən çatdırılıb. Lakin İbadoğlu hazırda ev dustaqlığında olduğu və Azərbaycandan çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmir.
Rəy yaz