NDİ-nin Anar Məmmədliyə və digərlərinə qarşı iradı yoxdur
Bakı Ağır Cinayətlər Məhkəməsində Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli, bu QHT-nin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin (KBƏİB) rəhbəri Elnur Məmmədovun işi üzrə proses davam edir.
Onlar hamısı CM-in 5 maddəsi üzrə - vergi ödənişindən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə, böyük ölçüdə əmlak mənimsəmə və vəzifə saxtakarlığında ittiham olunurlar. Cinayət işi 2013-cü il oktyabrın sonlarında açılıb. Dekabrın 17-də Məmmədli həbsə alınıb, digər iki şəxsdən isə ölkəni tərk etməmək haqqında iltizam alınıb.
Mayın 6-da 12 zərərçəkmiş ifadə verib. Onlar hamısı özlərini zərərçəkmiş hesab etmədiklərini və təqsirləndirilənlərə qarşı iradları olmadığını bildiriblər.
Daha sonra Süleymanlının vəkili Əlibaba Rzayev ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) mərkəzi ofisindən məktubu məhkəməyə təqdim edib.
Məktubda təsdiq edilir ki, NDİ SMDT və KBƏİB-ə qrant verib.
NDİ-nin yoxlaması göstərib ki, təqdim edilmiş vəsaitdən təyinatı üzrə istifadə edilib, Amerika təşkilatının icraçılara qarşı iradı yoxdur.
Prosesdə şahid ifadələrinin dinlənilməsi mərhələsi başlayır.
Proses 7 may saat 14.00-da davam edəcək. -06C-
-
- Cəmiyyət
- 6 May 2014 17:17
-
- Sual-cavab
- 6 May 2014 17:26
Cəmiyyət
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
-
Yanvarın 19-da səhər və axşam paytaxtda yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 7+11 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma ilə bağlı ilk hal aşkarlanıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 18 yanvar tarixli birgə məlumatında deyilir.
-
Lider mobil operator şagird və valideynləri virtual məkanda təhlükəsiz davranış qaydaları ilə tanış edir Azercell uşaqların virtual məkanda təhlükəsizliyini təmin etmək və rəqəmsal savadlılığı artırmaq məqsədilə ölkə üzrə “Təhlükəsiz İnternet” mövzusunda təlimlərini davam etdirir. Bu dəfə layihə Quba, Xızı, Sumqayıt və Mingəçevir şəhərlərində keçirilib.
Rəy yaz