Yanvarın 23-də Avropa Liqasının əsas mərhələsinin  VII turunun oyununda “Qarabağ” klubu Bakıda Rumıniyanın FCSB komandasına 2:3 hesabı ilə uduzub.

Qarşılaşma zamanı “Qarabağ” iki dəfə önə keçsə də, sonda məğlub olub.

Maraqlıdır ki,  qonaqlar hər üç qolu künc zərbələrini yerinə yetirəndən  sonra vurub.

Bu məğlubiyyət turnirdə cəmi 3 xal toplayan "Qarabağ"ı Avropa Liqasının pley-off mərhələsinə çıxmaq şansından məhrum etdi.

Rəy yaz

Foto sessiyalar

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti