Qəza zamanı 14 nəfər xəsarət alıb
Bakı/17.09.18/Turan: "Adı çəkilən qəzada xəsarət alanların sayı 17 yox, 14 nəfərdir və onlar Sumqayıt Şəhər Təcilli Tibbi Yardım Stansiyasının xəstəxanasına gətiriliblər", - xəstəxanadan bildiriblər. Qeyd olunub ki, 14 nəfərdən 12-i ambulator baxışdan sonra evlərinə buraxılıb.
Amma bir qadın və bir uşaq hələ xəstəxanadadır. Onlar döş qəfəslərində ağırlıq hiss edirlər, bel hissədə sıyrıltı var. Ümumilikdə isə səhhətləri ağır deyil və yaxın günlərdə evlərinə buraxılacaqlar, xəstəxanadan bildiriblər.
Xatırladaq ki, sentyarın 16-dan 17-nə keçən gecə Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan 3 saylı sərnişin avtobusu "Kamaz" markalı yük maşını ilə toqquşub.
Nəticədə avtobusda olan sərnişinlərdən 15 nəfəri xəsarət alıb. Yaralananlar dərhal Sumqayıt Şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.--0--
-
- İqtisadiyyat
- 17 Sentyabr 2018 16:03
-
- Siyasət
- 17 Sentyabr 2018 16:21
Cəmiyyət
-
Çərşənbə axşamı paytaxtda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Proqnozlara görə, yağışlı hava çərşənbə axşamına qədər davam edəcək.
-
Google, Ambition Loop, Azercell və “Azərbaycan Dəmir Yolları” QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələri dayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya və tərəfdaşlıqların rolunu müzakirə ediblər
-
Bakıda keçirilən COP29 konfransı mübahisələr və tənqidlərin kölgəsində başa çatdı. Tanınmış tarixçi Cəmil Həsənli bu tədbiri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın idarəçilik problemlərinin parlaq əks olunması kimi xarakterizə etdi. Administrasiyanın qatı tənqidçisi olan Həsənli, COP29-u bahalı bir tamaşa adlandıraraq sistemli çatışmazlıqları üzə çıxardığını və Azərbaycanın siyasi və iqtisadi strukturlarına beynəlxalq diqqəti artırdığını vurğuladı.
-
Avropa Parlamenti Prezidenti Roberta Metsola azərbaycanlı iqtisadçı və siyasi məhbus, professor Qubad İbadoğlunu 2024-cü il Saxarov Mükafatı təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib. Dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən çatdırılıb. Lakin İbadoğlu hazırda ev dustaqlığında olduğu və Azərbaycandan çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmir.
COP29 bitdi. Geriyə nə qaldı? – Fuad Həsənov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:41
- 193
-
- İqtisadiyyat,
- 13:04
- 240
Rəy yaz