Torpaq çökməsi �Ceyranbatan"a su daxil olmasını dayandırıb
Bakı/14.09.18/Turan: "Taxta Körpü" çənindən "Ceyranbatan" su anbarına su daxil olan kanalın 69-cu kilometrində torpaq çökməsi nəticəsində su anbarına su daxil olması müvəqqəti olaraq dayandırılıb.
Turan agentliyinə daxil olan məlumata görə, torpaq çökməsi sentyabrın 13-də səhər saatlarında Xızı rayonu ərazisində baş verib.
Böyük torpaq kütlələrinin sürüşməsi beton plitələrin uçmasına gətirib çıxarıb və onlardan gedən su çöküntünün bünövrəsini yumağa başlayıb. Bir neçə saat sonra su axınları 30 metrə yaxın çöküntünün yuyub.
Torpaq sürülməsinin səbəbi hələlik aydın deyil. Hadisə yerində mütəxəssislər, inşaat texnikası işləyir.
Kanaldan su verilməsi müvəqqəti olaraq dayandırılıb. Paytaxtın içməli su ilə təmin edilməsinə gəlincə, mütəxəssislər əsas içməli su anbarında - "Ceyranbatan"da mövcud su ehtiyatının bir ay ərzində şəhəri su ilə təchiz etmək üçün kifayət edəcək qədər olduğunu bildirirlər. Təmir işlərinə gəlincə, bir həftə ərzində işlər yekunlaşa bilər.
Bu vəziyyətdə əsas sual bu yaxınlarda tikilmiş kanalın açıq-aşkar səbəb olmadan yararsız vəziyyətə düşməsinin səbəbi ilə bağlıdır.
* "Taxta Körpü" çəni bir neçə il əvvəl Azərbaycanın Şabran rayonunda tikilib və Samur-Abşeron sulama sisteminin rekonstruksiyası layihəsinin bir hissəsinə çevrilib.
"Taxta Körpü" su anbarının ümumi sahəsi təxminən 9 kvadrat kilometrə yaxın, su həcmi 270 mln. kubmetrdir.
Su anbarı Azərbaycanda ən yüksək və ən böyük anbar hesab olunur. -02B-
-
- İqtisadiyyat
- 14 Sentyabr 2018 12:13
-
- İqtisadiyyat
- 14 Sentyabr 2018 13:56
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz