USAİD Saaatlı rayonunda yol layihəsini başa çatdırıb
Bakı/12.09.18/Turan: Sentyabrın 12-də Saatlı rayonunun Varxan və Əlisoltanlı kəndlərinin (Bakıdan 191 kilometr cənub-qərb) sakinləri bu kəndləri rayon mərkəzi ilə birləşdirən yeni asfaltlanmış yol layihələrinin başa çatmasını qeyd edib.
Açılış mərasimində USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) missiya direktoru Caydev Sinqx, İqtisadiyyat Nazirliyi, icra hakimiyyəti və bәlәdiyyә nümayәndәlәri iştirak ediblər.
USAİD-in mətbuat üçün açıqlamasında deyilir ki, yollar ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında kəndlərdə infrastrukturun yaxşılaşdırılmasına yönəlik əməkdaşlıq çərçivəsində bərpa olunub.
"Yenicə asfaltlanmış yollar Saatlı rayon mərkəzinə gediş-gəliş vaxtını və xərcini xeyli azaldacaq, məktəbə davamiyyəti artıracaq, habelə fövqəladə hallarda cavab tədbirləri üçün imkanları yaxşılaşdıracaq", deyə məlumatda qeyd edilir.
Yol layihəsi ABŞ və Azərbaycan hökumətlərinin əməkdaşlığı ilə 146 icmada 123 müxtəlif layihəni başa çatdıran USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqramı çərçivəsində həyata keçirilib.
210 000 nəfərin bəhrələnə bildiyi həmin layihələrə texniki su ilə təminat, yem emalı məntəqələri, gənclər üçün idman meydançaları, süd emalı məntəqələri və kənd tibb məntəqələri daxildir.
"SEDA iki ölkә arasında güclü tәrәfdaşlığın vә bizim xalqlar arasında möhkәm dostluğun tәzahürüdür. Ümid edirik ki, bu yoldan istifadә edәrkәn onların ifadә etdiyi möhkәm dostluğu hiss edәcәksiz ", missiya direktoru Sinqx qeyd edib. -03D-
-
- Cəmiyyət
- 12 Sentyabr 2018 17:12
-
- Söz istəyirəm
- 12 Sentyabr 2018 17:53
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz