адвокат Фуад Агаев
İlqar Məmmədovun vəkilinə məhkəmə iclasının protokolunu vermirlər
Bakı/12.09.18/Turan: Şəki Apellyasiya Məhkəməsindən vəkil Fuad Ağayeva REAL partiyasının lideri İlqar Məmmədovun işi üzrə 13 avqust tarixli iclasın protokolunu verməkdən imtina ediblər. Bu barədə Turan-a Ağayev özü bildirib.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində məhkəmə iclaslarının protokollarının müdafiə tərəfinə verilməsi məsələsi əksini tapıb. Amma təcrübədə protokolları vəkillərə verməkdən imtina edirlər.
"İş o yerə çatır ki, məhkəmə iclaslarının protokollarının surətlərini belə Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsilə almalı oluruq", deyə Ağayev qeyd edib.
Xatırladaq ki, İlqar Məmmədov 2013-cü il yanvarın 20-də İsmayıllı rayonunda baş vermiş hadisələrdən sonra, yəni, yanvarın 24-də həbsə alınıb. REAL rəhbəri bu rayonda iştişaşlar təşkil etməkdə ittiham olunub, Şəki Ağır Xcinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq hüquq müdafiə tşkilatları, Avropa qurumları bu ittihamı və həbsi əsassız sayblar. İ.Məmmədovun həbsdən dərhal azad olunması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin, Avopa Şurası Nazirlər Komitəsinin qərarları olsa da rəsmi Bakı bu qərarları yerinə yetirməkdən imtina edib.
Bu il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İ. Məmmədovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə qərar verib. -05D06-
Cəmiyyət
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
Rəy yaz