![Paşinyan hər yolla danışıqlar prosesini pozmağa çalışır - İ.Əliyev](https://turan.az/resized/media/2018/main/091200013148-750-500-resize.webp)
Paşinyan hər yolla danışıqlar prosesini pozmağa çalışır - İ.Əliyev
Bakı/12.09.18/Turan: Ermənistanın yeni baş naziri Nikol Paşinyanın fəaliyyətinin ilk günlərindən səsləndirdiyi bəyanatlar ən azından təəccüb doğurur, bu barədə bu gün Azərbaycan prezidenti İlham Əliyev ATƏT baş katibi Tomas Qremingerlə görüşündə bildirib.
Xüsusən, Azərbaycanın "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalı olması haqqında tezis qəbuledilməzdir, deyə Əliyev əlavə edib.
Bu, Ermənistanın danışıqlar prosesini pozmaq niyyətini göstərir, deyə Azərbaycan prezidenti bildirib.
Bakı həmçinin işğal edilmiş ərazilərin "Dağlıq Qarabağ Respublikasının" tərkib hissəsi olması haqqında bəyanatları qəti şəkildə rədd edir.
Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır.
Ümumilikdə, Azərbaycan tərəfdə belə bir fikir formalaşır ki, Paşinyan hər yolla danışıqlar prosesini pozmağa çalışır.
Belə olan halda bütün məsuliyyət Ermənistan tərəfin və şəxsən Paşinyanın üzərinə qoyulacaq.
Əliyev ATƏT-i Ermənistanda demokratiya qurulması bəhanəsi ilə insan hüquqlarının kütləvi şəkildə pozulmasına, baş nazirin siyasi rəqiblərinin həbsi ilə bağlı göstərişlərinə, yeni diktatura rejiminin qurulmasına biganə qalmamağa çağırıb.
Söhbət zamanı regional təhlükəsizlik, demokratik inkişaf, iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. -06D-
-
- İqtisadiyyat
- 12 Sentyabr 2018 16:18
-
- Cəmiyyət
- 12 Sentyabr 2018 17:12
Siyasət
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasına dair bəyanatla çıxış etməyi planlaşdırmır. Bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
-
Bakıdakı "Rus Evi" ətrafında vəziyyət Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə İlham Əliyev arasında müzakirə oluna bilər. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.
-
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Bakıdakı "Rus evi"nin ünvanına ittihamları "absurd" adlandırıb. Fevralın 6-da brifinqdə o deyib ki, Moskva “feykləri” dərc edən KİV-lərin təkzib verməsini gözləyir.
Rəy yaz