Адвокат Эльчин Садыгов
Vəkil: �Prokurorluğun şikayəti tamamilə qanunsuzdur�
Bakı/17.09.18/Turan: Vəkil Elçin Sadıqov Baş Prokurorluğun ona qarşı şikayətini əsassız və qanunsuz hesab edir.
Bu gün Vəkillər Kollegiyasının İntizam Komissiyasında E.Sadıqova qarşı şikayətə baxılıb.
Xatırladaq ki, E.Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirli bilinən Yunis Səfərovun müdafiəsindən kənarlaşdırılıb. Bu barədə sentyabrın 11-də Y.Səfərovun anası Leyla İsmayılova bildirib.
E.Sadıqovun kənarlaşdırılması barədə qərarı baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib.
Buna səbəb kimi Y.Səfərovun ona işgəncə verilməsinə dair "yalan ifadə" verməsi üçün vəkilin Y.Səfərova "psixoloji təsir" göstərdiyi qeyd edilib. Bundan əlavə, R.Usubov Vəkillər Kollegiyasına müraciət edərək E.Sadıqovun cəzalandırılmasını tələb edib.
"Prokurorluğun mənə qarşı müraciətinin tam qanunsuz olması mübahisə doğurmayan haldır. Bununla belə, Vəkillər Kollegiyasının İntizam Komissiyası onu araşdırmalı, Rəyasət Heyəti isə müvafiq qərar qəbul etməlidir", - E.Sadıqov İntizam Komissiyasında onun məsələsinə baxılmasını Turan-a şərh edərkən deyib.
Bu gün E.Sadıqov Vəkillər Kollegiyasının sədri Anar Bağırov və İntizam Komissiysının bir üzvü ilə görüşüb. Onun sözlərinə görə, intizam icraatının materialları vəkilin kənarlaşdırlması ilə bağlı baş prokurorun biurnci müavini Rüstəm Usubovun qərarından və onun Vəkillər Kollegiyası tərəfindən cəzalandırılmasına dair müraciətindən ibarətdir.
"Ümidvaram ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti obyektivlik və ədalətlilik nümayiş etdirəcək, intizam icraatına xitam verəcək", - o qeyd edib.
2018-ci ildə guya peşə etikasını pozması ilə əlaqədar E.Sadıqova qarşı iki intizam icraatı olub.
"Şikayətlərdə göstərilən faktlar məhkəmə protokolları ilə təsdiq edilmədiyindən Vəkillər Kollegiyası həmin şikayətlər üzrə icraata xitam verib", - E.Sadıqov bildirib.
Prokurorluqdan və Vəkillər Kollegiyasından şərh almaq mümkün olmayıb.-05D06-
Cəmiyyət
-
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Onun vurğulamasına görə, ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
-
Dekabrın 27-də Bakıda və Abşeronda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-11 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək..
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
Rəy yaz