Müsavatçı 10 günlük həbs edilib (yenilənib)

Bakı/17.09.18/Turan: Yasamal rayon məhkəməsinin qərarı ilə Əziz Şahin oğlu Qəhrəmanov inzibati qaydada 10 günlük həbs edilib. -06D--

***

Müsavatçı XİN qarşısında təkbaşına mitinq keçirdiyinə görə cəzalandırılıb

Bakı/17.09.18/Turan: Sentyabrın 17-də Yasamal Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü Əziz Şahinoğlunun barəsində həbs qətimkan tədbiri seçiləcək.

Onun "günahı" odur ki, sentyabrın 15-də - Bakının erməni-rus və ingilis işğalçı silahlı qüvvələrindən azad edilməsinin 100 illiyində Xarici İşlər Nazirliyinin qarşısında təkbaşına piket keçirərək Ermənistanla danışıqların imitasiyasına son qoyulmasını tələb edib.

Ə.Şahinoğlu saxlanılıb. Bu gün hakim ictimai fəalın hansı yolla cəzalandırılacağını müəyyən edəcək.-0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti