Vəkillər Kollegiyasının sədri istefa verib
Bakı/28.09.17/Turan: Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev səhhətilə əlaqədar vəzifəsindən istefa verib. Bunu Turan-a Vəkillər Kollegiyası sədrinin vəzifəsini icra edən Fərhad Nəcəfov bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin dekabrında, ya da 2018-ci ilin yanvarında keçiriləcək konfransda yeni sədr seçkisi olacaq.
Bu, oktyabr ayında Kollegiyaya yeni vəkillərin qəbulu üzrə imtahanın keçirilməsilə bağlıdır. Sədrin istefa verməsilə əlaqədar imtahan bir qədər gec keçirilə bilər. İmtahanda iştirak üçün 1019 nəfər ərizə verib.
69 yaşlı A.Tağıyev SSRİ dönəmindən qalan Vəkillər Kollegiyasına 1995-ci ildən rəhbərlik edib. Həmin vaxtdan MSK-nın üzvüdür. 2004-cü ildə vəkillik və vəkil fəaliyyəti haqqında qanunun qəbulu ilə əlaqədar Kollegiya yenidən formalaşıb və A.Tağıyev sədr postunu saxlayıb. 2012-ci il konfransında A.Tağıyev yenidən sədr postuna seçilib.
Kollegiya hakimiyyətdən asılı orqan reputasiyasına malikdir. Son illər müstəqil baxışları, fəal vətəndaş mövqeyi ilə seçilən, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxsləri müdafiə edən bir sıra tanınmış vəkil Vəkillər Kollegiyasından xaric edilib.
Əsasən Aslan İsmayılov, Xalid Bağırov, Əlaif Həsənov, Elçin Namazovun vəkil fəaliyyəti dayandırılıb.
Digər vəkillərin də çıxarılmasına təşəbbüs göstərilib, ancaq sonradan onlar bərpa oluna biliblər.
Hazırda Vəkillər Kollegiyasında 900-ə yaxın vəkil daxildir.-05B06--
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz