Ümumdünya Ürək Günü münasibətilə Bakıda veloyürüş keçiriləcək
Bakı/28.09.17/Turan: Hər il sentyabrın 29-da qeyd olunan Ümumdünya Ürək Günü münasibətilə Bakıda "Sağlam ürək, sağlam həyat" şüarı altında veloyürüş keçiriləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, veloyürüş saat 10:00-da "Azneft" meydanında başlayacaq. Yürüşçülər Neftçilər prospektilə Hökumət Evinə doğru irəliləyəcəklər.
Aksiyada rəsmi dövlət nümayəndələri, ictimai xadimlər, sığorta təşkilatlarının nümayəndələri, Respublika Müalicəvi Diaqnostika Mərkəzində əməliyyat olunmuş və kardioreabilitasiyadan keçmiş şəxslər öz həkimləri ilə birgə iştirak edəcəklər.
Tədbiri Heydər Əliyev Mərkəzi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzi və Velosiped İdmanı Federasiyası təşkil edib.
Aksiya sağlam həyat tərzinin, eləcə də müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarının təbliği məqsədilə keçirilir.-06D--
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz