Xəzər küləyi ilə sovrulanlar
Bakı/01.08.18/Turan: İyulun 31-də axşam saatlarında FHN-in 112 qaynar xəttinə iyulun 27-də dostu ilə birlikdə balıq tutmağa getmiş Sumqayıt şəhər sakini Ziyəddin Əhmədovun geri qayıtmadığı barədə siqnal daxil olub
FHN-in məlumatına görə, axtarış işləri zamanı küləkli hava şəraiti ilə əlaqədar Xaçmaz rayon mərkəzi yaxınlığında sahildə içərisində balıqçılar olan qayığın aşdığı müəyyən olunub.
Qayıqda olanlardan biri - Zaur Fərəcullayev iyulun 28-də dənizin Rusiya sektorunda "Rasul Gamzatov" gəmisinin bortuna qaldırılıb, ayın 29-da sərhəd xidmətinə təhvil verilib.
Ziyəddin Əhmədovun axtarışı Sularda Xilasetmə Xidməti dalğıclarının, üzgüçülük vasitələrinin və helikopterlərinin iştirakı ilə davam edir.
Mənbənin məlumatına görə, iyulun 31-də axşam saatlarında Bakı bulvarında külək içərisində iki şəxs olan qayığı aparıb.
FHN-in xilasetmə xidməti kiçik üzgüçülük vasitələrinin və dalğıcların iştirakı ilə Sahil Mühafizə Xidməti ilə birlikdə axtarışlara başlayıb.
Avqustun 1-də səhər saatlarından etibarən axtarışlar Sərhəd Xidmətinin helikopterlərinin və gəmilərinin iştirakı ilə axtarışlar davam etdirilib. -02D-
-
- Cəmiyyət
- 1 Avqust 2018 15:45
Cəmiyyət
-
Cinayət tərkibinin əlamətləri olmayan məişət zorakılığı barədə şikayətə baxılması qaydası müəyyənləşdirilib. Prezident İlham Əliyev bununla bağlı "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
-
Bu gün, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası başlayır. Ötən həftə (yanvarın 21-də) bir qrup beynəlxalq insan haqları qurumları AŞPA-nı Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməməyə, yaxud bunu "aydın" şərtlərlə etməyə çağırıb. "Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil media və siyasi narazıların artan repressiyası Avropa Şurasının dəyərlərini pozmaqdadır. Azərbaycan beynəlxalq mexanizmlərlə israrla əməkdaşlıq etmir, sistematik insan haqları pozuntularını aradan qaldırmır", - AŞPA-ya məktubda deyilir.
-
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək. Bu barədə yanvarın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 302
-
- Cəmiyyət,
- 14:38
- 345
-
- Söz istəyirəm,
- 12:21
- 378
Rəy yaz