Bir qrup şəxs pirat dərsliklərin satışına görə həbs olunub

Bakı/01.08.18/Turan: Hüquq-mühafizə orqanları pirat dərsliklərin və test vəsaitlərinin qaçaqmalçılığı ilə məşğul olan bir qrup şəxsi həbs edib. Bu barədə Baş Prokurorluq, DİN və Dövlət İmtahan Mərkəzinin məlumatında deyilir.

İstintaq zamanı müəyyən edilib ki, yeddi nəfərlik qrupa Şahmar Abdullayev başçılıq edirdi. Faktla bağlı Azərbaycan CM-in 197.2 (əmtəə nişanlarından qanunsuz istifadə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə cinayət işi açılıb.

Bakıda bir neçə ünvandan 510 kin manat dəyərində pirat dərsliklər və test topluları aşkar edilərək götürülüb, deyə məlumatda bildirilir.

Eyni zamanda, hüquq-mühafizə orqanları bu dərsliklərin nədən ibarət olduğunu, haradan gətirildiyini və ya harada hazırlandığını, necə satıldığını açıqlamır. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti