Yunis Səfərovun bacısı qardaşına işgəncə veriləcəyini deyir
Bakı/01.08.18/Turan: "Mənə məlumat verilib ki, bu gün qardaşımı Mütəşəkkil Cinayətkarliğa Qarşı Baş Mübarizə İdarəsinə aparacaqlar və lazımi ifadəni almaq üçün ona işgəncə verəcəklər", - iyulun 3-də Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə silahlı hücum etmiş Yunis Səfərovun bacısı Lalə Səfərova "Meydan" TV-yə bildirib.
Onun sözlərinə görə, Yunisdən silahlı qrupun tərkibində olması və hücumun öncədən həmin qrup tərəfindən planlaşdırılması barədə ifadə almaq istəyirlər.
O qeyd edib ki, qardaşının yanına heç kimi, hətta vəkilləri də buraxmırlar.
Xatırladaq ki, iyulun 3-də Y.Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum edib və onu ağır yaralayıb. Hücuma E.Vəliyevin uzun müddətdir ki, şəhər sakinlərini təhqir etməsi səbəb olub. Digər versiyaya görə, E.Vəliyev Y.Səfərovun hamilə bacısını öz kabinetindən qovub.
E.Vəliyevə hücumdan bir həftə sonra Gəncə sakinləri etiraz aksiyası keçirərək onun şəhərdən getməsini tələb ediblər. Qarşıdurma zamanı iki polis zabiti həlak olub.-05D-
-
- Maliyyə
- 1 Avqust 2018 13:18
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 264
Rəy yaz