Çindən qaçan uyğur türkləri Atatürk aeroportundan buraxılmırlar
35 nəfər uyğur türkü 17 gündür ki, Atatürk hava limanında Türkiyəyə giriş vizası gözləyir. Bu haqda Türkiyə saytları xəbər yayıb.
Uyğur türkləri Çində anti-insani rəftara məruz qaldıqlarına görə Türkiyəyə gəlməyə məcbur olublar. Bu 35 nəfərin içində qadın, uşaq, yaşlı, hətta hamilə xanmlar da var.
Bu insanların qida ehtiyacları ödənilsə də? aeroportdan kənara çıxmaqlarına icazə verilmir. 35 nəfər Uyğur türkü hava limanında olduqları müddətdə yuyuna bilməyiblər, bu durumun uşaqlara daha pis təsir etdiyi nəzərə çatdırılıb.
Bu arada xəstələnən qadın uyğur türkü kişi həkimin müayinəsindən imtina edib, xəstələnən bir uşaq xəstəxanaya göndərilib.
17 gündür ki, məyus olaraq hava limanında qalan uyğur türkləri Xarici İşlər Nazilyindən göndəriləcək vizanı gözləyirlər. -05D-
-
- Siyasət
- 11 Aprel 2014 16:43
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz