15 ayda Azərbaycan banklarının xarici aktivləri 47,5% artıb
Ötən ilin yanvarından - birinci devalvasiya öncəsi dövrdən indiyədək Azərbaycanın bank sektorunun xarici aktivləri 1.9 milyard dollar (47.5%) artaraq 4 milyard dollardan 5.9 milyard dollara yüksəlib. Əvəzində bankların xarici öhdəlikləri 1.4 milyard dollar (22.3%) azalaraq 6.3 milyard dollardan 4.9 milyard dollara enib.
İqtisadçı Rövşən Ağayevin hesablamalarına görə, birinci devalvasiyadan əvvəl bankların xarici öhdəlikləri xarici aktivlərindən 2.5 milyard dollar çox idi. İndi isə əksinə aktivlər öhdəliklərdən 1.3 milyard dollar çoxdur.
Ekspertin fikrincə, bu tendensiyanı iki amillə izah etmək olar: banklar mümkün qədər əvvəlki dövrdə götürdükləri xarici borc yükünü azaltmağa çalışırlar; kredit reytinqinin pisləşməsi, real sektorun kreditlərə tələbatının kəskin azalması bakların xarici borclanma imkanlarını məhdudlaşdırıb.
Qeyd edək ki, bankların xarici aktivlərinə onların hesablarındakı xarici valyuta ilə nağd vəsaitlər, bankların xarici banklara olan hesablarında saxladığı xarici valyuta və qiymətli metallar formasında vəsaitlər, yerli bankların xarici şirkət və bankların səhmlərinin alınmasına yönəltdiyi vəsait, xaricə verdikləri kreditlər və s. daxildir.
Onu da qeyd etmək lazımdır ki, bankların xarici aktivlərinin artımı son 2-3 ayda xarici valyutaların orta hesabla 7-8% ucuzlaşdığı dövrdə baş verir. 08D
-
- İqtisadiyyat
- 13 May 2016 00:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz