AİF-in «BBB-» reytinqi dövlətin reytinqinə bağlıdır
“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan İpoteka Fondunun (AİF) yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə verilmiş “sabit” proqnozlu kredit reytinqini “BBB-“ səviyyəsində saxlayıb.
Fitch Ratings bildirir ki, AİF-in «BBB-» reytinqi dövlətin reytinqinə bağlıdır.
Çünki Fonda AMB tərəfindən ciddi nəzarət edilir. AMB həmçinin onun iqtiqrazlarının alınmasına zəmanətdir.
Ölkədə mənzilə tələbat yüksəkdir. Səbəb əhalinin sürətlə artması, adambaşına mənzil sahəsinin azlığıdır.
Agentlik hesab edir ki, Fond dövlət büdcə sisteminə zəif inteqrasiya olunub, öz büdcəsi var. Amma illik dövlət maliyyəlşməsi yüksəkdir. Belə ki, 1 yanvar 2015-ci il üçün yığılan dövlət vəsaiti 216 mln manat (+ 40 mln), bu il daha 50 mln manat alınması gözlənilir. Orta perspektivdə bu vəsait hökumətin sosial mənzil tikintisi qərarı ilə bağlı arta bilər.
AMB təkrar bazarda istiqrazların likvidliyini dəstəkləyir. Belə ki, 1 yanvar 2015-ci il üçün Fondun dövriyyədəki vəsaiti 340 mln manat olub. Mayın 1-i üçün AMB fevral devalvasiyasından sonra kapital bazarlarına stresslə bağlı AİF istiqrazlarının 60%-i alıb.
Agentlik hesab edir ki, Azərbaycanın suveren reytinqi dəyişməsə, AİF-in reytinqində dəyişiklik gözlənilmir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz